2023-cü il iqtisadiyyatımız üçün nələrlə YADDA QALDI?

Müxtəlif, xüsusən də xarici amillərlə bağlı olan bəzi çətinliklərə rəğmən Azərbaycan iqtisadiyyatı 2023-cü ildə də inkişaf edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin doqquz ayı ərzində ölkədə 90812,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunub. 

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,5 faiz azalsa da, qeyri neft-qaz sektorunda 3,0 faiz artım qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda iqtisadi artım tempi YÜKSƏLİB 


ÜDM istehsalının 41,6 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,0 faizi digər sahələrin payına düşüb. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ÜDM 8948,8 manata bərabər olub. 

“İnflyasiyaya qarşı kəskin mübarizə aparılır”

Bizim.Media-ya açıqlamasında iqtisad elmləri doktoru, professor Elşad Məmmədov 2023-cü ilin ölkə iqtisadiyyatı üçün nələrlə yadda qaldığından danışıb: 

“İlin ilkin yekunlarına əsasən, sosial-iqtisadi nöqteyi-nəzərdən bir sıra amillərə nəzər yeritməliyik. Ümumi daxili məhsulla bağlı artım göstəriciləri hələlik o qədər də ürəkaçan deyil. 

Nəzərə alaq ki, ölkə iqtisadiyyatına bir çox xarici iqtisadi təzyiqlər var. Bu dünyadakı kəskin qiymət artımı, qlobal nəqliyyat-loqistik zəncirlərin sınması ilə bağlıdır ki, bunu ölkəmizin iqtisadiyyatında da hiss etməli oluruq. Ölkədə inflyasiyaya qarşı kifayət qədər kəskin mübarizə aparılır. Lakin ixrac inflyasiyası müəyyən problemlər yaradır”. 

“Sosial xərclər ildən-ilə artır”

Bütün bunlara rəğmən ekspert bildirir ki, ölkə Prezidentinin siyasi iradəsi nəticəsində milli iqtisadiyyatımızın dayanıqlığını qoruyub saxlaya bilmişik:  

“Bu da onunla bağlıdır ki, Azərbaycanda iri sosialyönümlü layihələr həyata keçirilir. Sosial xərclər ildən-ilə artır. Sosial müdafiə sahəsində şəffaflığın təmin edilməsi, idarəetmədəki effektivlik bir çox neqativ halların aradan qaldırılmasına şərait yaradıb. Bu yolla əldə edilən vəsait ölkə Prezidentinin iradəsinə uyğun olaraq, insanların sosial rifahının yüksəldilməsinə istiqamətləndirildi. 

Bunun da öz növbəsində iqtisadi effekti oldu. Çünki bu, daxili bazarın qorunması, alıcılıq qabiliyyətinin yüksəlməsi deməkdir. 

İşğaldan azad olunmuş ərazilərimizin bərpası ilə bağlı görülən və görüləcək işlərə də diqqət yetirməliyik.

Son 3 ildə bu istiqamətə 12 milyard manata yaxın vəsait xərclənib. Ərazidə çox əhəmiyyətli hava limanları, avtomobil yolları tikilib, energetika sahəsi inkişaf etdirilib, eyni zamanda sözügedən bölgədə reallaşdırılan məşğulluqla bağlı məsələlər və s. bu kimi iri həcmli işlər görülüb. Bütövlükdə 2023-cü ildə sosial-iqtisadi inkişaf dayanıqlı olması ilə seçildi”. 

Həmsöhbətimiz qeyd edir ki, yaxın illərdə ölkə iqtisadiyyatında iqtisadi fəallığın artması üçün investisiyaların kəskin artımına nail olmalıyıq:

“Xüsusilə də burada söhbət özəl daxili investisiya institutunun inkişafından gedir ki, burada da bank sektoru həlledici rol oynamalıdır”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

End of content

No more pages to load

RADİO