Rusiyanı çökdürmək PLANININ İFLASI – Avropa iqtisadiyyatını daha ağır günlər GÖZLƏYİR...

Ötən gün Rusiya Prezidenti Vladimir Putin sensasion sayılacaq açıqlamalar verib. Məsələn, Rusiya lideri bildirib ki, 2023-cü ilin ilk on ayında Rusiyanın ÜDM-i 3,2% artıb, ilin sonuna qədər isə 3,5% arta bilər. 

Üstəlik, Putin əlavə edib ki, bu uğura Qərbin sanksiyaları əvvəlkindən daha sərt olduğu bir zamanda nail olunub. 

Nəzərə alaq ki, bir müddət əvvəl Amerikanın “WSJ” nəşri yazmışdı ki, Rusiya iqtisadiyyatı Qərbin sanksiyalarına baxmayaraq, kifayət qədər stabil olub və “çöküşdən qaçıb”. Qəzet hesab edir ki, buna hökumətin stimulları, hərbi sənayenin inkişafı və ticarətin Asiya ölkələrinə yönəldilməsi təsir edib. 

Bununla belə, Rusiya liderinin dediklərinə inansaq, bu sadəcə fantastikadır. Çünki dünyanın bütün aparıcı ölkələri 2020-ci ildən sonra iqtisadi tənəzzül yaşayır.

Tənəzzül bu il də davam edir. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ABŞ iqtisadiyyatı üçün 2023 il üçün 0,2 faiz artım proqnozlaşdırıb.Maraqlıdır ki, 2024-cü ildə də ABŞ iqtisadiyyatının 0,2 faiz bənd yüksələcəyi deyilir. Yalnız, 2025-ci ildə ABŞ-da ÜDM artımının 1,7 faiz olacağı gözlənilir.

Dünya Bankı da Çin iqtisadiyyatı barədə bədbin proqnozlar verib. Belə ki, bank Çinin bu il üçün iqtisadi artım proqnozunu 4,8%-dən 4,4%-ə endirib. Qurum Şərqi Asiya və Sakit okean regionunda inkişaf etməkdə olan ölkələr üçün iqtisadi artım proqnozunun isə 4,8%-dən 4,5%-ə enəcəyini bildirib. Çin iqtisadiyyatı faiz etibarı ilə daha çox böyüsə də artım tempi aşağı düşür. Amma Rusiyada iqtisadi artım tempində dinamika var. 

Avropa üçün proqnozlar çox bədbindir

Məsələn, Avropa İttifaqı (Aİ) Komissiyasının “2023-cü ilin yayına dair Avropa iqtisadi proqnozları” adlı son hesabatında qeyd edilir ki, Aİ iqtisadiyyatının 2023-cü ildə 0,8 faiz, 2024-cü ildə 1,4 faiz, Avrozona iqtisadiyyatının isə 2023-cü ildə 0,8 faiz, 2024-cü ildə 1,3 faiz artacağı proqnozlaşdırılıb. Göründüyü kimi Aİ-da da iqtisadi vəziyyət heç də ürək açandır. 

Rusiya Avropaya “qaz vurub, qazan doldurur”

Rusiya bütün sanksiyalara rəğmən iqtisadiyyatını inkişaf etdirir. Bu da onunla bağlıdır ki, Rusiyanın böyük iqtisadi potensialı var. Təkcə bir faktı deyək ki, Rusiya Avropanın əsas qaz təchizatçısıdır. Mavi yanacağın qiyməti isə hazırda kifayət qədər bahadır. Hazırda Rusiya min kubmetr qazı 500-600 dolara satır. Ötən il isə qiymətlər hətta 3 min dollar qədər yüksəlmişdi. 

Bu da o deməkdir ki, Qərb Rusiyaya qarşı nə qədər sanksiya tətbiq etsə də təkcə mavi yanacaqdan gələn gəlir ölkəni ayaqda saxlamağa imkan verir. Bundan başqa, Rusiya zəngin neft və əlvan metallar ehtiyatına malikdir.

Adambaşına düşən qızıl ehtiyatına görə Rusiya dünyada lider ölkədir. Ən əsası Rusiya dünyada ən çox taxıl istehsal edən 3 ölkədən biridir. 

Bütün bunlarsa ona dəlalət edir ki, Qərbin sanksiyaları Rusiyaya zərər vurur, amma onu çökdürmür. Bu gün Rusiaya Qərbə daha çox lazımdır. Çünki Aİ ölkələrinin iqtisadiyyatı Rusiyadan daha çox asılıdır. Məhz buna görə də Rusiya Qərblə yenə də istədiyi kimidanışır. 

Təsadüfi deyil ki, dekabrın 4-də Rusiya Qərbə ötürülən qazın tranzit tariflərini qaldırdı. Bu da o deməkdir ki, Rusiyanın da əlində Aİ-ni sıxmaq üçün kifayət qədər rıçaqlar var. 

“Rusiya artıq “yanacaqdoldurma məntəqəsi deyil”.

Bu fikirləri də dünən Vladimir Putin deyib. Bu fikirlərin arxasında ciddi xəbərdarlıq və təhdidlər dayanır. Yəqin ki, yeni ildə Rusiya Qərbə qarşı yeni iqtisadi sürprizlər hazırlayır. Yəni, Rusiya artıq Qərbin yanacaqdoldurma məntəqəsi olmaq rolundan imtina edir. Bu isə Qərb üçün yaxşı heç nə vəd etmir...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

End of content

No more pages to load

RADİO