İslam BANKÇILIĞI – Faiz və sələmin olmadığı sistem Azərbaycanda reallaşdırıla BİLƏRMİ?

Artıq bir neçə gündür ki, Rusiyanın 4 regionunda, yəni Tatarıstan, Dağıstan, Çeçenistan və Başqırdıstanda, islam bankçılığı test rejimində tətbiq olunur. 

Bu bölgələrdə “birgə bankçılıq” kimi də tanınan islam bankçılığının “hüquqi prosesi” qanun qəbul olunandan sonra başlayıb. 

Ən azı 3 trilyon dollarlıq qlobal ölçüsü olan İslam bankçılığı sisteminin 2 il ərzində sürətlə böyüməsi gözlənilir. Qanuna görə, sınaq müddəti 2025-ci il sentyabrın 1-dək davam edəcək və Rusiya Bankına regionların siyahısını genişləndirmək səlahiyyəti veriləcək.

“Sberbank”ın baş vitse-prezidenti Oleq Qaneyev bildirib ki, islam ekosistem bazarının həcmi qlobal miqyasda 7,7 trilyon ABŞ dollarına çatacağı gözlənilir.

Bununla bağlı Bizim.Media-ya fikirlərini açıqlayan bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov bu sistemin 10-15 il əvvəl Rusiyada mövcud olduğunu bildirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda İslam Bankı hansı səbəbdən yaradılmır? – Deputatın təklifinə CAVAB


“Xeyli müddətdir ki, Fransa, İngiltərə və ABŞ kimi ən inkişaf etmiş ölkələrdə də mövcuddur, böyük uğurla fəaliyyət göstərir və sahibkarların aldığı vəsaitlərlə bağlı işlər tam şəffaf şəkildə həyata keçirilir. Buna görə də həm sahibkar, həm də bank maliyyə axınına nəzarət edə bilirlər”.

Hazırda bu ölkədə bank qanunvericiliyinin buna tam uyğunlaşmadığını və İslam bankçlığının nəzərdə tutulmadığını söyləyən ekspertin sözlərinə görə, bununla belə, qanunla qadağan edilməyən hər bir fəaliyyət növü ilə məşğul olmaq mümkündür:

“Post-sovet ölkələrindən yalnız Qazaxıstan və Qırğızıstan qanunvericiliyində, İslam bankçılığı ilə bağlı müddəalar yer alıb. Rusiya hökuməti İslam ölkələrindən böyük maliyyə cəlb etmək üçün belə bir vasitəyə əl atır”. 

İslam bankçılığının digər bank sistemlərindən kəskin fərqləndiyini deyən Ə.Həsənov səbəbini faiz və sələmin olmaması ilə əlaqələndirdi:

“Bu sistemlə verilən kredit İslamın və şəriətin qadağan etdiyi fəaliyyət növləri ilə məşğul ola bilməz. Əsas da insanlara verilən kreditlərin üzərinə faiz qoyula bilməz. Bu bankçılıq şərikçilik üzərində qurulub. Belə ki, kimsə, bu sahəyə pul qoyursa, deməli, bankın məfəətinə də şərik olur və əldə edilən qazancdan ona da pay ayrılır. Yaxud, bank kiməsə biznes üçün kredit verirsə, deməli, ona şərik olur və həmin şəxsin əldə etdiyi qazancdan öz gəlirini götürür. Bu baxımdan, çox yaxşı sistemdir”. 

Ekspert vurğulayıb ki, ancaq Azərbaycanın bank qanunvericiliyində bununla bağlı heç nə yoxdur:

“Əslində ölkəmizdə də buna ciddi ehtiyac var. Ancaq Mərkəzi Bankın keçmiş rəhbərliyi  nəyəsə görə diqqət yetirməyib. Yeni rəhbərlik isə bu məsələ ilə ciddi məşğul olacağını bildirir”.

Adətən, Azərbaycan kimi ölkələrdə bu model işləmir. Çünki vergi, maliyyə və auditor hesabatları yanlışdır. Tutaq ki, bir sahibkar öz biznesi üçün İslam Bankından 1 milyon manat dəyərində kredit götürür. Əgər sistem adını çəkdiyim ölkələrdə olduğu kimi şəffaf və açıq olmasa, sahibkar bankı aldada bilər. Yəni, banka biznesinin iflasa uğradığı və əlindəki bütün vəsaitlərin yox olduğu ilə bağlı yalan məlumat verəcək. Bank da sistem olmadığı üçün bunu yoxlaya bilməyəcək. Hətta bankların yaydığı hesabatlar bəzən həqiqətə uyğun olmur”. 

Ekspert təklif edir ki, ölkədə də bu sistemin iş salınması üçün ilk növbədə qanunvericilikdə dəyişikliklər edilsin:

“Əgər belə olarsa, bu fəaliyyət növünə sərbəstlik verilərsə və şəffaflıq təmin olunarsa, İslam Bankçılığı ölkəmizdə də inkişaf edəcək. Bundan başqa, ölkəmiz üçün ilk növbədə insan haqları baxımından  çox vacibdir. Ona görə ki, bizdə çox insan dini inancına və əqidəsinə görə faizlə işləmək istəmir. İkincisi, dövlət təhlükəsizliyi baxımından vacibdir. Elə insanlar var ki, faiz olduğuna görə, ənənəvi banklarla işləmək istəmirlər və bunu haram hesab edirlər. 

Ola bilsin ki, bir qrup radikal dindar qeyri-rəsmi maliyyə təşkilatlarında öz biznesləri və ya məqsədləri üçün böyük vəsaitlər cəlb edə, başqalarını da bura cəlb etmək üçün bu təşkilatın dinə və şəriətə uyğun fəaliyyət göstərdiyini, haramçılığın olmadığını bildirə bilər. Üstəlik, həmin vəsaitləri terrorçuluq və digər qanunsuz məqsədlər üçün istifadə edə bilərlər. Əgər İslam bankçılığı olarsa, bütün dindarların pulları dövlətin nəzarətində olacaq. 

Üçüncü məsələ odur ki, ənənəvi banklarla işləmək istəməyən insanlar əllərindəki pulları bu banka yatıracaq ki, bu da iqtisadiyyatın inkişafı baxımından müsbət addım olacaq.

Sonuncu üstünlüyü isə odur ki, digər İslam ölkələri də bu sistemi maliyyələşdirməyə başlayacaqlar. Bu da xarici investisiyanın ölkəyə cəlb edilməsi baxımından vacibdir”.      

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Azərbaycan taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Kaşpirovski vəfat etdi

Kaşpirovski vəfat etdi

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Sabah da yağış YAĞACAQ

Sabah da yağış YAĞACAQ

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Ən çox qar bu ərazilərə yağıb – FOTO

Ən çox qar bu ərazilərə yağıb – FOTO

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

End of content

No more pages to load

RADİO