Azərbaycanda istifadəsiz torpaqlarla bağlı yeni layihəyə başlanılıb - FOTO 

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Türkiyə Tərəfdaşlıq Proqramı (FTPP II) çərçivəsində Azərbaycanda "Torpaqların tərk edilməsi problemini həll etmək və torpaqların konsolidasiyası prosedurlarını yaxşılaşdırmaq üçün kənd təsərrüfatı torpaq bazarının inkişafının gücləndirilməsi" layihəsinin icrasına başlayıb. 

Bu barədə Bizim.Media-ya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 

Bununla bağlı keçirilən görüşdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova həyata keçiriləcək layihənin ölkə üzrə əhəmiyyətindən danışıb, torpaqların istifadəsiz qalması ilə bağlı mövcud çətinliklərə toxunub.

Nazir müavini qeyd edib ki, bütün dünyada kənd təsərrüfatı torpaqlarının istifadəsiz qalması ətraf mühitə və cəmiyyətin rifahına təsir etməklə qlobal torpaq örtüyünün dəyişməsinə gətirib çıxarır.
Bu da öz növbəsində əkinə yararlı torpaq sahələrinin deqradasiyası, təyinatına uyğun istifadə olunmaması, ərzaq təminatının pisləşməsi, iqtisadi imkanların itirilməsi, ekoloji vəziyyətin pisləşməsi ilə nəticələnir. 

Azərbaycanda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat layihənin məqsəd və vəzifələri, torpaq sahələrinin konsolidasiyasının əhəmiyyəti, aktuallığı, qabaqcıl ölkələrin bu sahədə təcrübəsi barədə ətraflı məlumat verib.

FAO-nun torpaq mülkiyyəti üzrə məsləhətçisi “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsi barədə təqdimat edib, əldə olunan nəticələrlə bağlı görüş iştirakçılarını məlumatlandırıb, yeni layihə çərçivəsində görüləcək işlərə toxunub. 

Qeyd edək ki, torpaqların istifadəsiz qalmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti FAO ilə birlikdə 2016-2019-cu illərdə texniki əməkdaşlıq proqramı çərçivəsində “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsi (TCP/AZE/3601) həyata keçirib.

Nəticədə “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiya” layihəsi, “Kənd Təsərrüfatı Torpaqlarının Konsolidasiyası haqqında” qanun layihəsi və “Torpaqların Konsolidasiyası üzrə Dövlət Proqramı” layihəsi hazırlanıb.
Salyan rayonunun Şorsulu kəndində torpaqların konsolidasiyası üzrə pilot layihə icra olunub. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Güclü külək əsəcək –XƏBƏRDARLIQ

Güclü külək əsəcək –XƏBƏRDARLIQ

Gömrükdə ƏMƏLİYYAT: 93 qutu dərman vasitəsi aşkarlandı

Gömrükdə ƏMƏLİYYAT: 93 qutu dərman vasitəsi aşkarlandı

Onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda saxlanılaraq Azərbaycana gətirildi –VİDEO

Onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda saxlanılaraq Azərbaycana gətirildi –VİDEO

“TikTok” vasitəsilə limitsiz pul köçürmək mümkün olacaq? – AÇIQLAMA

“TikTok” vasitəsilə limitsiz pul köçürmək mümkün olacaq? – AÇIQLAMA

Evdən 10 min manatlıq qızıl oğurlayan qadın SAXLANILDI

Evdən 10 min manatlıq qızıl oğurlayan qadın SAXLANILDI

Bu ayın 17 günü temperatur normadan yüksək olub – RƏSMİ

Bu ayın 17 günü temperatur normadan yüksək olub – RƏSMİ

İspaniyada bir gecədə on ZƏLZƏLƏ baş verib

İspaniyada bir gecədə on ZƏLZƏLƏ baş verib

Bütün qəsəbə bu binada yaşayır: İçərisində polis bölməsindən məktəbə qədər hər şey var

Bütün qəsəbə bu binada yaşayır: İçərisində polis bölməsindən məktəbə qədər hər şey var

Bir ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

Bir ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

Elariz Məmmədoğlu: "Zəhmətimiz boşa gedir"

Elariz Məmmədoğlu: "Zəhmətimiz boşa gedir"

Həftəsonunadək gözlənilən HAVA PROQNOZU

Həftəsonunadək gözlənilən HAVA PROQNOZU

Kamilə Babayevanın anasının meyiti tapılıb

Kamilə Babayevanın anasının meyiti tapılıb

Kirayədə yaşayanlara BƏD XƏBƏR – Yaxın aylarda...

Kirayədə yaşayanlara BƏD XƏBƏR – Yaxın aylarda...

Kolleclərə qeydiyyat BAŞLADI

Kolleclərə qeydiyyat BAŞLADI

Beynəlxalq olimpiadalardan Tsinghua Universitetinə: Azərbaycanlı gəncin dünya səviyyəli uğur yolu

Beynəlxalq olimpiadalardan Tsinghua Universitetinə: Azərbaycanlı gəncin dünya səviyyəli uğur yolu

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

Ərdoğan Yaponiya Baş naziri ilə nəyi müzakirə edib?

Ərdoğan Yaponiya Baş naziri ilə nəyi müzakirə edib?

Yevgeni Xmara Ukraynanın müdafiə naziri TƏYİN EDİLDİ

Yevgeni Xmara Ukraynanın müdafiə naziri TƏYİN EDİLDİ

Bu şəxslərin maaşı ilə bağlı QƏRAR

Bu şəxslərin maaşı ilə bağlı QƏRAR

Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin edilən Hikmət Mustafayev kimdir? – DOSYE

Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin edilən Hikmət Mustafayev kimdir? – DOSYE

Azərbaycanda 2 universitet tələbələrinə güzəşt edəcək

Azərbaycanda 2 universitet tələbələrinə güzəşt edəcək

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri TƏYİN EDİLDİ

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri TƏYİN EDİLDİ

Bakıda gözlənilən məsələ:ekspress avtobuslar pulsuz olacaq?

Bakıda gözlənilən məsələ:ekspress avtobuslar pulsuz olacaq?

End of content

No more pages to load

RADİO