Bu il vergi ödəməkdən yayınma üzrə 268 cinayət işi başlanılıb - 2 nəfər həbs edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2023-cü ilin yanvar – iyun ayları ərzində vergi ödəməkdən yayınma faktları üzrə 268 cinayət işi başlanılıb.

Dövlət Vergi Xidmətidən Bizim.Media-ya verilən məlumata görə, əvvəlki ildən qalmış işlər də nəzərə alınmaqla, cəmi 80 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 42 cinayət işinin icraatına xitam verilib, 47 nəfər barəsində ittiham elan edilməklə 38 cinayət işi məhkəməyə göndərilib, 2 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqı tamamlanmış 42 cinayət işindən 18 iş üzrə vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tam şəkildə ödənildiyindən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən müvafiq qərarlar qəbul edilib.
Həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla, dövlət büdcəsinə 3 milyon 551,8 min manat məbləğində vəsait ödənilib. 2023-cü ilin 6 ayı ərzində ümumilikdə 21 milyon 288,5 min manat məbləğində ziyanın büdcəyə ödətdirilməsi təmin edilib.

Cari ilin 6 ayı ərzində müxtəlif sahələrdə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 100 vergi ödəyicisində 199 nəzarət tədbiri həyata keçirilib, 76 vergi ödəyicisində 163 nöqsan aşkar edilib.

Operativ vergi nəzarəti tədbirləri nəticəsində ümumilikdə 1 milyon 150,3 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Hesabat dövründə vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 2,6 milyon manat həcmində vəsait ödətdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Güclü külək əsəcək –XƏBƏRDARLIQ

Güclü külək əsəcək –XƏBƏRDARLIQ

Gömrükdə ƏMƏLİYYAT: 93 qutu dərman vasitəsi aşkarlandı

Gömrükdə ƏMƏLİYYAT: 93 qutu dərman vasitəsi aşkarlandı

Onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda saxlanılaraq Azərbaycana gətirildi –VİDEO

Onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda saxlanılaraq Azərbaycana gətirildi –VİDEO

“TikTok” vasitəsilə limitsiz pul köçürmək mümkün olacaq? – AÇIQLAMA

“TikTok” vasitəsilə limitsiz pul köçürmək mümkün olacaq? – AÇIQLAMA

Evdən 10 min manatlıq qızıl oğurlayan qadın SAXLANILDI

Evdən 10 min manatlıq qızıl oğurlayan qadın SAXLANILDI

Bu ayın 17 günü temperatur normadan yüksək olub – RƏSMİ

Bu ayın 17 günü temperatur normadan yüksək olub – RƏSMİ

İspaniyada bir gecədə on ZƏLZƏLƏ baş verib

İspaniyada bir gecədə on ZƏLZƏLƏ baş verib

Bütün qəsəbə bu binada yaşayır: İçərisində polis bölməsindən məktəbə qədər hər şey var

Bütün qəsəbə bu binada yaşayır: İçərisində polis bölməsindən məktəbə qədər hər şey var

Bir ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

Bir ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

Elariz Məmmədoğlu: "Zəhmətimiz boşa gedir"

Elariz Məmmədoğlu: "Zəhmətimiz boşa gedir"

Həftəsonunadək gözlənilən HAVA PROQNOZU

Həftəsonunadək gözlənilən HAVA PROQNOZU

Kamilə Babayevanın anasının meyiti tapılıb

Kamilə Babayevanın anasının meyiti tapılıb

Kirayədə yaşayanlara BƏD XƏBƏR – Yaxın aylarda...

Kirayədə yaşayanlara BƏD XƏBƏR – Yaxın aylarda...

Kolleclərə qeydiyyat BAŞLADI

Kolleclərə qeydiyyat BAŞLADI

Beynəlxalq olimpiadalardan Tsinghua Universitetinə: Azərbaycanlı gəncin dünya səviyyəli uğur yolu

Beynəlxalq olimpiadalardan Tsinghua Universitetinə: Azərbaycanlı gəncin dünya səviyyəli uğur yolu

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

Ərdoğan Yaponiya Baş naziri ilə nəyi müzakirə edib?

Ərdoğan Yaponiya Baş naziri ilə nəyi müzakirə edib?

Yevgeni Xmara Ukraynanın müdafiə naziri TƏYİN EDİLDİ

Yevgeni Xmara Ukraynanın müdafiə naziri TƏYİN EDİLDİ

Bu şəxslərin maaşı ilə bağlı QƏRAR

Bu şəxslərin maaşı ilə bağlı QƏRAR

Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin edilən Hikmət Mustafayev kimdir? – DOSYE

Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin edilən Hikmət Mustafayev kimdir? – DOSYE

Azərbaycanda 2 universitet tələbələrinə güzəşt edəcək

Azərbaycanda 2 universitet tələbələrinə güzəşt edəcək

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri TƏYİN EDİLDİ

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri TƏYİN EDİLDİ

Bakıda gözlənilən məsələ:ekspress avtobuslar pulsuz olacaq?

Bakıda gözlənilən məsələ:ekspress avtobuslar pulsuz olacaq?

End of content

No more pages to load

RADİO