İşi məhkəmədə olan şirkət 1,4 milyonluq tenderdə QALİB OLDU – MÜƏMMALI DETALLAR

Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi mayın 23-də “Elektrik mal-materiallarının və avadanlıqların satınalınması” üzrə elan etdiyi tenderin nəticələrini və qalibini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 1 milyon 376 min 817 manat olan tenderin qalibi “İnterkabel” Firması (VÖEN - 1400410421) olub.
 

MÖVZU İLƏ BAĞLI:

10 manatlıq şirkətlər milyonluq tenderlərdə qalib OLA BİLƏRMİ? – HÜQUQİ İZAH


Yaxın günlərdə tərəflər arasında imzalancaq satınalma müqaviləsinin şərtlərinə əsasən, şirkət MKTİB üçün elektrik məhsullarının satın alınmasını təşkil edəcək. 

Bunlar əsasən, 57 400 min metrlik müxtəlif markalı mis kabel, 4840 metrlik aluminium kabel, 49 150 ədəd müxtəlif markalı və ölçülü lapmalar, 600 ədəd közərmə lampası, 1500 ədəd işıqlandırıcı, 11000 ədəd LED lampa, 1852 ədəd maqnit işə buraxıcı, 85 ədəd rubilnik, 10 min ədəd kapron boru, 550 ədəd projektor, 44 100 ədəd avtomat açar və digər 107 adda mal və məhsullardır. 

Qeyd edək ki, adıçəkilən şirkət 16 sentyabr 1997-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınıb.

Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a-da yerləşir və qanuni təmsilçisi Molanov Yasin Xanoğlan oğludur.

“İnterkabel” firması iri dövlət şirkətlərinin də sifarişlərini yerinə yetirir. Belə ki, 17 noyabr 2020-ci ildə “Azərsu” ASC-nin "Elektrik sahəsi üçün lazım olan mal-material və avadanlıqların satın alınması" ilə bağlı elan etdiyi açıq tenderində iştirak edib və məbləği 2 milyon 295 min manat olan müqaviləyə imza atıb.  

Şirkət 9 mart 2021-ci ildə Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsinin “Elektrik mallarının satın alınması üçün elan etdiyi tenderdə də qalib olub və 295 min 561 manat dəyərində müqavilə imzalayıb. 

Tərəflər arasında növbəti tender müqaviləsi həmin ilin dekabr ayında imzalanıb. Belə ki, adıçəkilən qurum yenidən maliyyə dəyəri 289 min 320 manat olan “Elektrik məhsullarının satınalınmsı üçün tender elan edir. Qaliblərdən biri məhz “İnterkabel” Firması elan edilir. 
Diqqətə çatdıraq ki, Azərbaycan Mərkəzi Bankı şirkətin iyun ayının 22-də iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) ittihamı ilə cərimələnməsi üçün İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib edib və Nərimanov Rayon Məhkəməsinə göndərib.

Məhkəmə işinə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq. Məhkəmə ilə əlaqəli baxış iclası iyulun 6-da, saat 09:10-a təyin edilib. 

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 




Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Tramp: Netanyahu bosun kim olduğunu bilir

Tramp: Netanyahu bosun kim olduğunu bilir

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

İyulda bu bürcləri maddi çətinlik gözləyir

İyulda bu bürcləri maddi çətinlik gözləyir

Xanım deputata ağır İTKİ üz verdi

Xanım deputata ağır İTKİ üz verdi

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Tramp Xamaneinin dəfn mərasimində ağlayanlara TƏƏCCÜBLƏNDİ

Tramp Xamaneinin dəfn mərasimində ağlayanlara TƏƏCCÜBLƏNDİ

"Arzum"un həyat yoldaşı Denis danışdı - VİDEO

"Arzum"un həyat yoldaşı Denis danışdı - VİDEO

Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Bakıda bu taksilər qiyməti ARTIRDI

Bakıda bu taksilər qiyməti ARTIRDI

XV Beynəlxalq İpək Yolu Festivalının açılışı oldu - FOTO

XV Beynəlxalq İpək Yolu Festivalının açılışı oldu - FOTO

Rusiyadan Ukraynaya təklif: Atəşi dayandır!

Rusiyadan Ukraynaya təklif: Atəşi dayandır!

Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi

Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi

İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO

İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO

Ağdamda faciəvi şəkildə həlak olan ailənin FOTOSU

Ağdamda faciəvi şəkildə həlak olan ailənin FOTOSU

Xameneinin dəfnində sirli boşluq: Müctəba haradadır?

Xameneinin dəfnində sirli boşluq: Müctəba haradadır?

Zəngilanda bir nəfər çayda boğuldu

Zəngilanda bir nəfər çayda boğuldu

End of content

No more pages to load

RADİO