Bu il taxılla bağlı idxaldan asılılıq azalacaqmı? – PROQNOZ 

Bölgələrdə taxıl biçini hələ də davam edir. Əldə etdiyimiz son məlumata görə, payızlıq əkin sahələrinin 33 faizində biçinin başa çatdılıb. 

Belə ki, ölkə üzrə payızlıq arpa sahələrinin 60 faizində, buğda sahələrinin isə 16 faizində biçin bitib. Taxıl yığımı başlayandan sahələrdən 728 min 937 ton arpa, 366 min 037 ton buğda yığıldığı bildirilir. Hazırda orta məhsuldarlıq arpa üzrə 30.2 sentner, buğda üzrə isə 34.4 sentner təşkil edir.

Xatırladaq ki, bu il ölkə ərazisində 1 milyon 058 min 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 40 faizi arpa, 60 faizi buğda sahəsidir.

Builki taxıl biçini ölkənin taxıl ehtiyatının neçə faizini təşkil edəcək? Toplanılan ehtiyat daxili tələbatın ödənilməsinə kifayət edəcəkmi? Hər il olduğu kimi, bu il də xaricdən taxılın idxal olunması gözlənilirmi? Əgər idxal olunacaqsa, həcmi nə qədər olacaq?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan aqrar sahə üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, Azərbaycan ilk növbədə ərzaq buğdasına olan tələbatını ödəməyə çalışmalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Bu il ölkəmizdə taxıl məhsuldarlığı hansı səviyyədədir? – RƏSMİ AÇIQLAMA 


Azərbaycanın öz daxili tələbatını əsasən xarici idxalın hesabına ödədiyini söyləyən ekspertin sözlərinə görə, bu ayın ilk 5 ayı ərzində kifayət qədər ərzaqlıq buğda idxal edib:

“Bunun da əsas hissəsi Rusiyadan gəlir. Hazırda biçinin davam etməsi və KTN-nin açıqladığı son hesabat o demək deyil ki, biçinin sonuna qədər yüksək məhsuldarlıq əldə ediləcək. Neçə illərdir ki, ölkəmizdə taxıl biçini hər hektardan 30-35 sentnerdən yuxarı qalxmır. Bu da onu göstərir ki, taxılçılıq sahəsinə məsul olan şəxslər məhsuldarlığın artırılması üçün lazımi tədbirlər həyata keçirə bilməyiblər. Sonra isə biçinlə bağlı təqdim olunan göstəricilərin nəyə əsaslanaraq hazırlandığı bəlli olacaq”. 

Onun sözlərinə görə, bu gün ölkəmizə 2 milyon tona yaxın ərzaqlıq buğda lazımdır:

“Amma mən bu həcmdə buğdanın istehsal ediləcəyinə inanmıram. Buna görə də 1 milyon 500 min tona qədər ərzaqlıq buğda idxalına ehtiyacımız yaranacaq. Bu sahəyə böyük vəsaitlər ayrılsa da məhsuldarlıq yenə aşağıdır. Deməli, qeyri-səmərəli sahəni stimullaşdırır. Buna isə yol vermək olmaz, çünki dövlət büdcəsi hesabına ayrılan vəsaitlər istehsala stimul verməli və məhsuldarlığı artırmalı və ölkənin ərzaqlıq buğdaya olan tələbatı ödənməlidir. 2007-ci ildə bu günə qədər bu sahəyə subsidiyalar ayrılır, amma biz idxala olan tələbatın daha da artdığını müşahidə edirik”. 

Cari ildə 1,2 milyon ton ərzaqlıq buğdanın idxal olunmasının proqnozlaşdırıldığını nəzərə çatdıran ekspertin sözlərinə görə, əgər bu sahədə olan mövcud problemlər aradan qaldırılmayıbsa, nəticə əldə etmək çətin olacaq:

“Belə ki, kəndlilərin əkinə istifadə etdiyi su ildən ilə daha da azaldılır və su ilə düzgün təmin edilmirlər. Bir neçə ay əvvəl bəzi rayonlarda bununla bağlı problem yaşandı. İkinci problem keyfiyyətli buğda toxumları ilə bağlıdır ki, bunu da KTN təmin etməlidir. 

Ona görə ki, fermer bunu təmin edəcək səlahiyyətə malik deyil. Fermerin texniki təminatı yaxşılaşdırılmalı və ölkəyə keyfiyyətli gübrənin gətirilməsi təşkil olunmalıdır. Fermerlər istehsal etdikləri məhsulu dövlətə təhvil verərkən, məhsulun ondan hansı qiymətə alınacağı əvvəlcədən elan olunmalıdır.
Bir çox bölgələrdə istehsal etdikləri məhsulun maya dəyəri 39 qəpik olduğu halda, xüsusi şəxslər onlardan 30 qəpiyə alırlar. Bu məsələlər öz həllini tapmalıdır. Əgər aqrotexniki qaydalara düzgün əməl olunmasa, məhsuldarlıq artırıla bilməz. Hətta fermerin gəlirləri və bu sahəyə olan marağı artmaz”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

End of content

No more pages to load

RADİO