“Göygöl Şərab Zavodu” iflasa doğru gedir – İllik zərər 790 min manata ÇATDI – HESABAT

“Göygöl Şərab Zavodu” Açıq Səhmdar Cəmiyyəti 2022-ci ili kəskin zərərlə başa vurub. 

Bizim.Media xəbər verir ki, ötən il dövlət şirkətinin aktivlərində 1 milyon 120 min 665 manat və ya 6,54 faiz azalaraq, 16 milyon 021 min 653 manat olub.  

Belə ki, 2021-ci ildə bu vəsaitin dəyəri 17 milyon 142 min 318 manat təşkil edib.  

Şirkətin ötən il torpaq, tikili və avadanlıqlarda olan aktivlərinin ümumi dəyəri 15 milyon 945 min 676 manat, 2021-ci ildə isə 17 milyon 046 min 278 manat olub. Bu da onu göstərir ki, bir il ərzində 1 milyon 100 min 602 manat və ya 6,46 faiz azalma baş verib.  

Qeyri-maddi aktivləri isə 2021-ci ildəki 96 min 046 manatdan cari ildəki 75 min 977 manata düşüb. Yəni, bir illik azalmanın həddi 20 min 069 manat və ya 20,90 faiz təşkil edir. 

Ötən il dövlət şirkətinin vergi və sair məcburi ödənişlər üzrə öhdəliklərində 2021-ci illə müqayisədə 308 min 840 manat və ya 11,41 faiz azalaraq 2 milyon 397 min 155 manat olub.

Belə ki, 2021-ci ildə bu vəsait 2 milyon 705 min 995 manat təşkil edib.  

Şirkətin qısamüddətli kreditor borclarında isə birdən-birə 1 milyon 994 min 178 manat artaraq 4 milyon 500 min 352 manata çatıb. Belə ki, 2021-c ildə bu borclar 2 milyon 556 min 174 manat olub.  

Hesabat ilində şirkətin ümumi əməliyyat gəlirləri 2021-ci illə müqayisədə 2 milyon 567 min 149 manat və ya 13,64 faiz azalaraq 16 milyon 252 min 288 manat olub. Aydın olur ki, qeyd edilən dövrdə gəlirlərin ümumi həcmi 18 milyon 819 min 437 manat təşkil edib.  

Ötənilki ümumi əməliyyat gəlirlərinin 15 milyon 052 min 288 manatı əsas əməliyyatlara, 1 milyon 200 min manatı isə sair əməliyyatlara aid olub.  

2022-ci ildə şirkətin əməliyyat xərcləri gəlirlərə nisbətən 414 min 563 manat və ya 2,49 faiz artaraq 16 milyon 666 min 563 manata çatıb. 2021-ci ildəki 18 milyom 102 min 024 manatla müqayisədə 1 milyon 435 min 173 manat və ya 7,93 faiz azalıb.  

Qeyd edək ki, “Göygöl Şərab” ASC Azərbaycanın qocaman şərab, konyak, şampan, və vodka istehsal edən müəssisəsidir. Zavod əsasən “Xan”, “Göygöl”, “Karabakh” markaları ilə şərablar istehsal edir. 

Bildirək ki, şirkətin ötən ilki xalis zərəri 789 min 018 manat təşkil edib. 2021-ci ildə isə bu zərər 207 min 608 manat səviyyəsində olmuşdu.  

Dövlət şirkəti 16 sentyabr 2005-cı il tarixindən səhmdar cəmiyyət kimi fəaliyyət göstərir. Əsas səhmdarı 99.88% payla “Vinagro” MMC-dir. “Vinagro” MMC-nin təsisçisi nizamnamə kapitalında 100% payla Həsənov Rafiq Həsən oğludur. 



Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

End of content

No more pages to load

RADİO