Kredit faizləri aşağı DÜŞƏCƏK? – AÇIQLAMA 

Mərkəzi Bankın sədri Taleh Kazımov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında, Azərbaycanda hüquqi şəxslərə verilən kreditlərin 11%-dən başladığını söyləyib və bildirib ki, bu sahədə 20% həddi yoxdur. 

Kredit faizlərinin yüksək olması barədə iddialara cavab verən AMB sədri bildirib ki, istehlak kreditləri üçün bu göstərici 16,1%-dir:

“Mən də başa düşürəm ki, yüksək faizlərlə çətindir. Amma gəlirlər də yüksək deyil. Biz faizləri aşağı salmaq üçün depozitləri aşağı salmalıyıq. Amma etiraf edək, 4-5%-lə banka depozit qoyan olacaqmı? Biz depozit faizlərini aşağı salsaq, camaat depozitini banka gətirməyəcək. Mən Azərbaycanda bank kreditlərinin faizinin 20-25 % olmasını görməmişəm. Ola bilsin ki, belə faiz göstəricisi mikrokreditlərdə olsun”.

Taleh Kazımovun bu sözlərini təhlil edən bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov Bizim.Media saytına açıqlamasında, Mərkəzi Bankın uçot dərəcəsini, məcburi ehtiyat normasını və özündə saxlanılan vəsaitin həcmini tez-tez qaldırdığını diqqətə çatdırıb:
 

MÖVZU İLƏ BAĞLI:

Mərkəzi Bankın sədrindən kredit faizlərinin yüksək olması iddialarına CAVAB


“Bu da banklar üçün pulları daha baha edir. AMB bununla digər bankları da faizləri artırmağa məcbur edir. Belə aydın olur ki, qurum özü faiz dərəcələrinin artırılmasına şərait yaradır. Bu da səbəbsiz deyil, çünki bununla inflyasiyaya qarşı mübarizə aparırlar. Yəni, kreditlər baha olsun ki, az kreditlər götürülsün və iqtisadi aktivlik azalsın. 

Düzdür, bu, ölkəmizdə elə də çox işləmir. Dünən Taleh Kazımov da bu faktı etiraf etdi. Çünki, ölkədəki mal və məhsulların çoxu idxaldır, yəni xaricdən gəlir.

Bazar iqtisadiyyatı normal olan, özü-özünü qismən təmin edən iqtisadiyyatlarda kredit bahalaşarsa, bu, yerli məhsullara da təsir edir. Ancaq bizdə bunların heç bir təsiri yoxdur. Bu da Mərkəzi Bankın kreditlərin bahalaşması üçün həyata keçirdiyi bir siyasətidir. Onun göstəriciləri bir qayda olaraq, orta statistik xarakteri daşıyır”.  

Dünənki iclasda iştirak etdiyini deyən hüquqşünas, Mərkəzi Bankın nəyə görə daim uçot dərəcəsini artırması ilə bağlı Taleh Kazımova sual verib:

“Qeyd etdim ki, bir tərəfdən kredit faizlərini artırırsınız, digər tərəfdən də Milli Məclis qanuna dəyişikliklər edəcək və göstərəcək ki, AMB-nin funksiyalarından biri də istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlıdır.

Belə olan halda, bu hüquqları necə müdafiə edəcəksiniz? O isə cavabında, bunun istehlakçılara heç bir təsirinin olmadığı söylədi. Bildirdi ki, bu, istehlakçılarının hüquqlarının pozulması deyil. Əksinə, bazarda hansı faiz götürülürsə, o da yerində qalır. Ancaq mən bu fikirlə razılaşmıram. Söhbət ondan gedir ki, Mərkəzi Bank faizlərə təsir edə bilir”.  

Bu qurumun əsas vəzifəsinin, ölkədə maliyyə sabitliyinin təmin olunması ilə bağlı olduğunu söyləyən ekspertin dediyinə görə, bunu da inflyasiyanın qarşısını almaqla əldə etməklə olar: 

“Bunun əksini biz Türkiyədə müşahidə edirik. Mərkəzi Bankın faizləri ona görə qaldırmır ki, iqtisadiyyat aktiv, kredit isə ucuz olsun. Bu da həm inlfyasiyanı, həm də milli valyutanın devalvasiyasını şərtləndirir. Azərbaycanda isə Mərkəzi Bankın siyasəti belədir: Milli valyutanın məzənnəsi yüksəlsin və qiymət artımı baş versin. 

İqtisadi aktivlik, kredit faizlərinin düşməsi onun üçün bir nömrəli məsələdir. Bunun nə qədər pis, ya yaxşı olduğunu hər kəs qiymətləndirə bilər. Belə bir fikir var ki, əmanətlər üzrə faizlər aşağı salınsa, hamı bundan istifadə edəcək. Amma mən bununla razı deyiləm. Hamı əmanətlərini çıxara bilməyəcək. Ola bilər ki, bir qism insan bunu çıxarsın. 

Amma insanları inandırmaq lazımdır ki, banklarda əmanətlər üzrə faiz yüksək olmamalıdır. Dünənki iclasda, nəyə görə AMB-nin bütün banklara bərabər hüquqları vermədiyi barədə də məsələ qaldırıldı. Taleh Kazımov isə cavabında, sədr təyin edildikdən sonra bütün banklara bərabər hüquqlu kreditlərin verildiyini bildirdi. 
Bu açıqlamanın nə dərcədə doğru olduğunu özləri bilər, amma həmin iclasda, bank olmayan kredit təşkilatlarına bu kreditlərin verilmədiyini və qanunla onların da bundan istifadə etmək hüquqlarının olduğunu bildirdim. Onların da ucuz pulu olmalıdır ki, çoxlu kredit verə bilsinlər. Belə görünür ki, yaxın gələcəkdə faizlərin aşağı düşməsi ehtimalı yoxdur”. 

Rövşən Ziya, Bizim Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

End of content

No more pages to load

RADİO