“Bakı Metropoliteni”ndən 917 minlik TENDER – Məşhur şirkət QALİB OLDU – FOTO 

“Bakı Metropliteni” Qapalı Səhmdar Cəmiyyəti ümumi məbləği 917 min 576 manat olan və 28 aprel-5 may tarxilərində başladığı iki tenderin nəticələrini və qalibini elan edib.

Bizim.Media xəbər verir ki, aprelin 28-də başlayan və maliyyə məbləği 295 min 266 manat olan tenderin qalibi “Best Bearing Company” MMC (VÖEN - 1603605401) elan olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

10 manatlıq şirkətlər milyonluq tenderlərdə qalib OLA BİLƏRMİ? – HÜQUQİ İZAH


Yaxın vaxtlarda tərəflər arasında “Müxtəlif növ kəmərlərin və kipkəclərin ehtiyat hissələrinin satın alınması” məqsədilə satınalma müqaviləsinin imzalanması gözlənilir.

Müqavilənin şərtlərinə əsasən, şirkət QSC üçün 500 ədəd müxtəlif ölçülü rezin barmaqcıq, 500 ədəd yarımmuftalar üçün rezin barmaqcıq, 104 ədəd müxtəlif ölçülü kipkəc, 45 ədəd müxtəlif ölçülü yaylı kipkəc, 60 ədəd yerli ventilyasiya üçün pazvari kəmər, 62 ədəd müxtəlif ölçülü pazvarı kəmər, 50 ədəd qasnaq ümün kəmər, 176 ədəd müxtəlif ölçülü kəmər, 80 ədəd birləşdirici qol və digər materialların alınmasını həyata keçirəcək.

Qeyd edək ki, 2019-cu ildə yaranan “Best Bearing Company” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. 22 ildən çoxdur ki, Rusiya, Çin və Qazaxıstan bazarlarında diyircəkli yastıq, kəmər, yağ möhürü, manjet təchizatı sahəsində fəaliyyət göstərir. Şirkətin təsisçisi və direktoru Rəhman Zeynalovdur. Bakı şəhəri, Babək prospekti, 65-b ünvanında fəaliyyət göstərir. 

“Bakı Metropliteni” QSC-nin bu gün elan etdiyi ikinci tenderin qalibi isə "Electro Service” QSC (VÖEN - 1504224741) olub.

Yaxın vaxtlarda tərəflər arasında “Müxtəlif növ elektrik mallarının satın alınması” məqsədi daşıyan və maliyyə dəyəri 622 min 310 manat olan satınalma müqaviləsinin imzalanması gözlənilir.

Müqavilənin şərtlərinə əsasən şirkət qurum üçün 43 min 500 ədəd müxrəlif ölçülü mis və alüminium kabel ucluğu, 1545 ədəd müxtəlif ölçülü KLEMENS (kontrakt və kontrakt yan qapaq), 2600 ədəd müxtəlif ölçülü və rəngli ray klemens və 384 adda  digər mal və materialların satın alınmasını həyata keçirəcək. 

Qeyd edək ki, adıçəkilən şirkət  bu günə qədər ümumi dəyəri 13 milyon 164 min 910 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 13 tenderlə əldə edib ki, bir tenderin də orta qiyməti 1,01 milyon manatdır. Əsas “müştərisi” isə "Azərenerji" ASC olub. Şirkət 6 tenderlə bu qurumdan  6 milyon 773 min manat sifariş əldə edib. Bu isə ümumi tenderlərin 76 faizi deməkdir.

“Elektro Service” QSC kimindir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Elektro Service” QSC 8 oktyabr 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan QSC-nin hüquqi ünvanı , Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 187B-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Babayev Tural Əli oğludur. 4,2 milyonluq tenderin qalibi olan “Electro Service" QSC-nin hazırki qanuni təmsilçisi Tural Babayevin kim olduğu bilinmir.

Lakin, açıq internet resurslarda Zirə qəsəbəsinin sakini olan Tural Babayev adlı şəxsin “Santral Elektrik LTD” MMC-də işlədiyi qeyd olunub.

Bildirək ki, apardığımız araşdırma zamanı bəzi maraqlı məqamlar diqqətimizi cəlb etdi. Belə ki, “Electro Service” QSC dövlət qeydiyyatına alınan zaman şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşib. Şirkətin qanuni təmsilçisi isə Məmmədov Fuad Alxaz oğlu olub.




Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

End of content

No more pages to load

RADİO