Azərbaycanda sahibkarlar niyə uzunmüddətli investisiyaya maraq GÖSTƏRMİRLƏR? – SƏBƏBLƏR

2023-cü ilin iyun ayının 1-nə qədər Azərbaycanda 1 milyon 452 min 702 vergi ödəyicisindən 87,3 faizi (1 milyon 268 min 209) fiziki şəxslər, 12,7 faizi (184 min 493) isə hüquqi şəxslər və digər təşkilatlar olub. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,5 faiz, hüquqi şəxslərin sayı isə 9,7 faiz artıb.

Bununla bağlı iqtisadçı-ekspert Eyyub Kərimli Bizim.Media-ya açıqlamasında sözügedən statistikanı müsbət bir hal kimi dəyərləndirib. 

Ekspertin sözlərinə görə, sahibkarlığın inkişafı həm də ümumi iqtisadi inkişafın əsaslarını təşkill edir:

“Bu baxımdan da ölkəmizdə bu sahədə məşğul olanların sayı getdikcə artır ki, bu da yeni iş yerlərinin açılmasına və məşğulluğun və eyni zamanda ÜDM-nin yüksəlməsinə təsir edir digət tərəfdən də iqtisadi inkişafı şərtləndirən amilə çevrilir. 

Bu gün ölkəmizdə sahibkarlıqla məşğul olanların 87 faizi fiziki şəxs kimi qeydiyyatdan keçib. Bu da onu göstərir ki, sahibkarların çoxu bizneslərini genişləndirməyə və hüquqi şəxs kimi fəaliyyət göstərmək istəmir. Bu gün fiziki şəxs kimi fəaliyyət göstərənlərin sayına baxsaq, onların çoxu fərdi şəxslər, yəni kiçik ticarət oyektlərinin sahibləri, taksi sürücüləri, repetitorlar, kuryerlər və digərləridir ki, onlar da iş yerləri yaratmadan biznes fəaliyyəti göstərməyə üstünlük verirlər.

Digər problemlərdən biri də odur ki, sahibkarlarımız uzunmüddətli investisiyalar yatırmağa həvəsli deyillər və bundan çəkinirlər. Səbəbi odur ki, ölkədə böyük sahibkarlıqla məşğul olanların və bizneslərini genişləndirənlərin sayı həddindən azdır. Yəni, ölkədə əsasən kiçik və orta biznesə üstünlük verilir”. 

Onun sözlərinə görə, sahibkarlarımızın çoxu uzunmüddətli investisiyaya maraq göstərmirlər: 

“Təəssüf ki, sakibkarlarımızın çoxu ticarət sahəsinə vəsait yatırmağa və fərdi şəkildə çalışmağa üstünlük verirlər. Bu gün istehsal və emal sahələrinə iri həcmli investisiyaların yatırılmasına ehtiyac olsa da, bu sahələrə maraq çox azdır. Əgər uzunmüddətli vəsaitlərin yatırılarsa, istehsalat və emal müüssisələrinin açılması, yeni işçilərin cəlb edilməsi və inkişaf etdirilməsi də mümkün olacaq. 

Hesab edirəm ki, dövlət bu sahələrə marağın artırılması üçün sahibkarlar arasında təbliğat-təşviqat işlər aparmalıdır. Bundan başqa, dövlət aşağı faizli kreditlərin verməklə və digər stimulaşdırıcı tədbirlərlə bu sahənin inkişafına, kiçik-orta sahibkarların daha iri vergi ödəyicisinə və iri sahibkarlıq subyektinə çevrilməsinə öz dəstəyini göstərməlidir”. 

Ekspert bildirib ki, kiçik və orta sahibkarlığın inkişafına təsir edən amillərdən biri də ölkədə inhisarçılığın yüksək həddə olmasıdır:

“Bu səbəbdən də insanlarımızın çoxu iri investisiyalara həvəs göstərmirlər. Bazar payı böyük olan bəzi iri sahibkarlar qeyri-təbii rəqabət formalarından istifadə edərək, kiçik və orta biznesin böyüməsinə mane olmağa çalışırlar. Bu da ölkədə rəqabət mühitinin zəif olması ilə əlaqədardır.

Digər tərəfdən sahibkarlığa ayrılan kredirlərin şərtlərinin ağır, fazilərinin isə yüksək olması, bizneslə məşğul olmaq istəyən şəxslərə maliyyə vəsaitlərinə əlçatanlılığına mane olur ki, bu da onların maliyyə problemləri ilə üzləşməsinə səbəb olur. 

Yoxlayıcı orqanların sərt nəzarəti, yəni inzabati tədbirlər də başqa bir tərəfdən bütün biznes sahələrinin ikişafına problemlər yaradır. Bunların qarşısını alınması üçün ilk növbədə Rəqabət Məcəlləsinin qəbul olunmalı və rəqabət imkanları genişləndirilməlir. Həmçinin, kiçik və orta sahibkarların öz bizneslərini böyütmələri üçün yeni dəstək proqramlarının tətbiq olunmasına ehtiyac var”. 

Röşvən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

Gəncədə gənc oğlan evində ölü tapıldı

Gəncədə gənc oğlan evində ölü tapıldı

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək TƏKLİF

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək TƏKLİF

Kim Çen Inın bacısı Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən DANIŞDI

Kim Çen Inın bacısı Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən DANIŞDI

"Təbrik Palace" restoranının qarşısında kütləvi dava - VİDEO

"Təbrik Palace" restoranının qarşısında kütləvi dava - VİDEO

Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI

Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI

Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq

Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq

ŞUŞA YOLU qlobal mükafat qazandı

ŞUŞA YOLU qlobal mükafat qazandı

“Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim”

“Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim”

Bakıda ən çox bina bu rayonda SÖKÜLƏCƏK

Bakıda ən çox bina bu rayonda SÖKÜLƏCƏK

İşəgötürənlər gənclərdən nə istəyir? – Diplomdan DAHA VACİB olanlar

İşəgötürənlər gənclərdən nə istəyir? – Diplomdan DAHA VACİB olanlar

Zelenskinin vəzifəsindən azad etdiyi İrina Mudraya saxlanıldı

Zelenskinin vəzifəsindən azad etdiyi İrina Mudraya saxlanıldı

“Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var” - Viktor Yuşenko ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

“Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var” - Viktor Yuşenko ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

İran rəsmisi Trampın Hörmüz açıqlamasını məsxərəyə qoydu - FOTO

İran rəsmisi Trampın Hörmüz açıqlamasını məsxərəyə qoydu - FOTO

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

End of content

No more pages to load

RADİO