Xaçmaz İcra Hakimiyyəti bayram tədbirləri üçün 160 min manat xərcləyəcək – TENDER/FOTO 

Xaçmaz Rayon İcra Hakimiyyəti “Rayon ərazisində il ərzində anım günləri, hüzn günləri, dövlət və peşə bayramları ilə əlaqədar keçiriləcək tədbirlərin təşkili” ilə bağlı martın 3-də elan etdiyi tenderin nəticələrini və qalibini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 159 min 925 manat olan tenderin qalibi “Elvi.M.M Services Group” MMC (VÖEN - 1403580041) seçilib.

Yaxın vaxtlarda tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə görə, şirkət İH üçün tədbir xidmətləri həyata keçirəcək. 

Bu xidmətlər sırasında, 15 İyun Milli Qurtuluş Günü münasibətilə Xaçmaz və Xudat şəhərlərinin bəzədilməsi və tərtibat işləri aparılacaq, Xaçmaz şəhərində məhşur müğənnilərin iştirakı ilə 2 saatlıq konsert proqramı təşkil ediləcək. Bunun üçün də açıq hava üçün konsert səhnəsinin qurulması və konsertin sonunda 10 dəqiqəlik atəşfəşanlığın təşkil edillməsi nəzərdə tutulub.

Bundan başqa, "17 İyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü" münasibətilə tədbir təşkil ediləcək, həmçinin Ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyulması məqsədilə 100 ədəd qızılgül alınması və 20 nəfər həkimin fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilməsi nəzərdə tutulub.

Şirkət eyni zamanda, “23 iyun Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə tədbiri təşkil edəcək və Ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyulması məqsədilə 100 ədəd qızılgül alınmasını, 20 nəfər dövlət qulluqçusunun fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilməsini həyata keçirəcək. 

Şirkət həmçinin, "26 İyun Respublika Silahlı Qüvvələri günü" münasibətilə şəhid ailələri və müharibə iştirakçılarının iştirakı ilə tədbirin təşkilini və 20 nəfərin fəxri fərman və gül buketi ilə təltif edilməsini təmin edəcək.

Bundan başqa, “22 İyul Milli Mətbuat və Jurnalistika Günü” münasibətilə tədbir təşkil edilməsi, 20 nəfər jurnalistin fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilməsi üçün satınalma işləri həyata keçirəcək. 

Şirkət bundan başqa, digər 12 adda xidmətləri həyata keçirəcək.

Qeyd edək ki, Nizamnamə kapitalı 834 min 127 manat olan “Elvi.M.M Services Group” MMC 11 noyabr 2016-cı ildə 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bərdə şəhəri, Nizami küçəsi, ev 115-də yerləşir, qanuni təmsilçisi İsgəndərov Coşqun Fəxrəddin oğludur.

İnternet resurslarında araşdırma aparsaq da, şirkət və qanuni təmsilçisi barədə açıq mənbələrdə heç bir məlumat əldə etmək mümkün olmadı.

Şirkət 2022-ci ilin sentyabrın 5-də Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhərin işıqlandırılma sistemlərinin əsaslı təmiri işləri məqsədi ilə başladığı tenderin qalibi olub və tərəflər arasında 897,824 min manat məbləğində müvafiq müqavilə imzalanıb.

Cari ilin aprelin 28-də Yevlax Şəhər İcra Hakimiyyəti 28 may Müstəqillik Gününün keçirilməsi ilə bağlı elan etdiyi kotirovka soruğusunun qalibi olub və aralarında 26 min 137 manatlıq satınalma müqaviləzi imzalanıb. Həmin tədbir 28-31 may tarixlərini əhatə edib. 


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

Gəncədə gənc oğlan evində ölü tapıldı

Gəncədə gənc oğlan evində ölü tapıldı

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək TƏKLİF

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək TƏKLİF

Kim Çen Inın bacısı Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən DANIŞDI

Kim Çen Inın bacısı Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən DANIŞDI

"Təbrik Palace" restoranının qarşısında kütləvi dava - VİDEO

"Təbrik Palace" restoranının qarşısında kütləvi dava - VİDEO

Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI

Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI

Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq

Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq

ŞUŞA YOLU qlobal mükafat qazandı

ŞUŞA YOLU qlobal mükafat qazandı

“Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim”

“Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim”

Bakıda ən çox bina bu rayonda SÖKÜLƏCƏK

Bakıda ən çox bina bu rayonda SÖKÜLƏCƏK

İşəgötürənlər gənclərdən nə istəyir? – Diplomdan DAHA VACİB olanlar

İşəgötürənlər gənclərdən nə istəyir? – Diplomdan DAHA VACİB olanlar

Zelenskinin vəzifəsindən azad etdiyi İrina Mudraya saxlanıldı

Zelenskinin vəzifəsindən azad etdiyi İrina Mudraya saxlanıldı

“Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var” - Viktor Yuşenko ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

“Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var” - Viktor Yuşenko ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

İran rəsmisi Trampın Hörmüz açıqlamasını məsxərəyə qoydu - FOTO

İran rəsmisi Trampın Hörmüz açıqlamasını məsxərəyə qoydu - FOTO

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

End of content

No more pages to load

RADİO