İnflyasiya ilə bağlı NİKBİN PROQNOZ – “İl sonuna qədər...”

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, bu il orta illik inflyasiyanın 10,4 % olmasının proqnozlaşdırıldığını bildirib. 

Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun (İMF) hesabatına əsasən, dünya üzrə inflyasiya 7%, inkişaf etməkdə olan ölkələr üzrə 8,6% səviyyəsində proqnozlaşdırılır.

Nazir müavini, inflyasiyada tələb və təklif amilləri ilə bağlı qeyri-müəyyənliyin yenə də yüksək olaraq qaldığını da diqqətə çatdırıb: 

“Dünən AMB tərəfindən bu il üçün 8,9 % səviyyəsində inflyasiya göstəricisi səsləndirilmişdi. Bu, ardıcıl 12 ay üzrə olan rəqəmdir. Bizim dediyimiz isə orta illik inflyasiyadır. Bunların arasında hansısa ziddiyyət yoxdur".

Qeyd edək ki, cari ilin ilk günlərindən bəzi ekspertlər və təhlilçilər ölkədə inflyasiyanın iki rəqəmli olduğunu və ilin sonuna qədər bir qədər də artacağını deyirdilər. Amma bu gün rəsmi şəkildə orta illik inflyasiyanın 10,4% olmasının proqnozlaşdırıldığı qeyd olundu. 

Buradan da görünür ki, dövlət səviyyəsində açıqlanan proqnozlar, ekspertlərin bildirdiklərindən fərqli olaraq, özünü daha tez doğruldur.

Mövzunu Bizim.Media üçün şərh edən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, həmin ekpsertlərin nəyə əsaslanaraq belə bir proqnoz verdiklərini müəyyən etmək olmur.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda inflyasiya proqnozu AÇIQLANDI 


Mərkəzi Bankın ilin əvvəlində verdiyi proqnozlarında, inflyasiyanın bir rəqəmli olduğu göstərildiyini deyən ekspert, bu qurumun öz proqnozlarını mütəmadi yenilədiyini diqqətə çatdırıb:

“Ən son açıqlamasında, illik inflyasiyanın 8,3 faiz olduğu göstərildi. Hansısa ekspert Mərkəzi Bankdan kənar və diqqət mərkəzində qalmaq üçün bir fikir səsləndirirsə, bu onun öz işidir. Amma alternativ olaraq, konkret hesablama aparır və onun əsasında proqnoz verirsə, bu başqa bir məsələdir. Bu gün ekspertlərimizin əksəriyyəti intuisiya ilə fikir səsləndirirlər və buna görə məsuliyyət daşımadıqları üçün, sonradan onlardan heç nə tələb etmək olmur”. 

Onun sözlərinə görə, müəyyən vaxtlarda böyük investisiya bankları, reytinq və proqnozlaşdırma təşkilatları öz proqnozlarını yeniləyir və ya dəyişirlər: 

“Son 4 ayın qiymət indeksləşməsində, ölkədə qiymət artımının 13,4 faiz səviyyəsində olduğu göstərilmişdi. Hökumət bu qiymət artımlarının tədricən azalacağını gözləyir və illik inflyasiya 1 rəqəmli olacaq. Mərkəzi Bankın sədri Taleh Kazımov bir neçə gün əvvəl bunun 8,3 faiz olduğunu söylədi. Düşünürəm ki, biz yalnız bu proqnozlara, Mərkəzi Bankın və hökumətin kalkulyasiyalarına və inflyasiya göstəricilərinə istinad etməliyik. 

Həqiqətən də son vaxtlar dünyada inflyasiya meylləri aşağı düşür. Artıq Avropada inflyasiya faizi xeyli aşağıdır. Əmtəə qiymətləri xeyli ucuzlaşıb, neftin və qazın da qiymətində ciddi enmələr baş verir. Əsasən də, ötən il qazın qiyməti 3000 dollar idi, amma bu il 300 dollara qədər ucuzlaşıb. Neftin qiyməti ötən il 130 dollara satılırdı, amma hazırda 70-80 dollar arasında dövr edir. Təbii ki, bunların hamısı inflyasiyanın aşağı düşməsinə səbəb olur. Bu baxımdan, Azərbaycanda da bir rəqəmli inflyasiyanın olacağı gözlənilir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

Gəncədə gənc oğlan evində ölü tapıldı

Gəncədə gənc oğlan evində ölü tapıldı

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək TƏKLİF

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək TƏKLİF

Kim Çen Inın bacısı Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən DANIŞDI

Kim Çen Inın bacısı Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən DANIŞDI

"Təbrik Palace" restoranının qarşısında kütləvi dava - VİDEO

"Təbrik Palace" restoranının qarşısında kütləvi dava - VİDEO

Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI

Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI

Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq

Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq

ŞUŞA YOLU qlobal mükafat qazandı

ŞUŞA YOLU qlobal mükafat qazandı

“Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim”

“Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim”

Bakıda ən çox bina bu rayonda SÖKÜLƏCƏK

Bakıda ən çox bina bu rayonda SÖKÜLƏCƏK

İşəgötürənlər gənclərdən nə istəyir? – Diplomdan DAHA VACİB olanlar

İşəgötürənlər gənclərdən nə istəyir? – Diplomdan DAHA VACİB olanlar

Zelenskinin vəzifəsindən azad etdiyi İrina Mudraya saxlanıldı

Zelenskinin vəzifəsindən azad etdiyi İrina Mudraya saxlanıldı

“Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var” - Viktor Yuşenko ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

“Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var” - Viktor Yuşenko ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

İran rəsmisi Trampın Hörmüz açıqlamasını məsxərəyə qoydu - FOTO

İran rəsmisi Trampın Hörmüz açıqlamasını məsxərəyə qoydu - FOTO

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

End of content

No more pages to load

RADİO