Qarabağda 50-dən çox elektrik stansiyasının bərpa və inşası üçün araşdırma aparılır – NAZİR

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda ümumi gücü 320 meqavatdan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpa və inşası üçün araşdırmalar aparılır.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı deyib.

"Ümümi gücü 33,4 meqavat olan 7 kiçik su elektrik stansiyasının bərpa-tikintisi həyata keçirilir. İki ilə yaxın müddətdə 11 kiçik su elektrik stansiyasının bərpası enerji sisteminə 54 meqavata yaxın istehsal gücü qazandırır.
Bunlardan əlavə, yaxın illərdə Araz çayı üzərində 140 meqavat gücündə "Xudafərin" və "Qız qalası" hidroqovşaqları və su elektrik stansiyalarının istismara verilməsi də regionun "yaşıl" inkişafına öz töhfəsini verəcək", - nazir bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji mənbələri üzrə potensialı 10 min meqavata yaxındır və bu potensial əsasında 4 il ərzində ümumi gücü 780 meqavat olan külək, günəş və iri su elektrik stansiyalarının inşası nəzərdə tutulur.

P. Şahbazov Qarabağda bərpa olunan enerji növlərinin inkişafı ilə bağlı xarici investorlarla görülən işlərdən danışıb:

"Hazırda bu istiqamətdə BP şirkəti ilə Cəbrayılda illik təxminən 500 milyon kilovat/saat elektrik enerjisi istehsalı proqnozlaşdırılan 240 meqaavat gücündə "Şəfəq" günəş elektrik stansiyası layihəsi üzrə işlər aparılır.

Həmçinin Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4 geqavat gücündə, növbəti mərhələdə isə 6 geqavat gücündə həyata keçirəcəyimiz günəş və külək enerjisi layihələrinin bir qismi məhz bu əraziləri əhatə edir.
Beləliklə bərpa olunan enerji növlərinin işğaldan azad edilmiş ərazilərimizdə də xarici investisiya hesabına inkişafı artıq reallıqdır".

P. Şahbazov qeyd edib ki, bu bölgədə kiçik su elektrik stansiyalarının bərpası, Laçın və Kəlbəcərdə külək elektrik stansiyasının inşasına da xarici investisiyanın cəlbi başlıca prioritetlərdəndir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

Millimiz Litvanı məğlub etdi - VİDEO

Millimiz Litvanı məğlub etdi - VİDEO

Əhməd Yusifov dünya çempionu oldu! - VİDEO

Əhməd Yusifov dünya çempionu oldu! - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Gəncədə dönərdən iki nəfər ZƏHƏRLƏNDİ

Gəncədə dönərdən iki nəfər ZƏHƏRLƏNDİ

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı - VİDEO

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı - VİDEO

Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO

Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Gimnastlarımız İtaliyada beynəlxalq turnirdə bürünc medal qazandılar

Gimnastlarımız İtaliyada beynəlxalq turnirdə bürünc medal qazandılar

Türkiyəli jurnalist: “Azərbaycan gücləndikcə, müstəqil siyasət apardıqca üzərindəki təzyiq də artacaq” - VİDEO

Türkiyəli jurnalist: “Azərbaycan gücləndikcə, müstəqil siyasət apardıqca üzərindəki təzyiq də artacaq” - VİDEO

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

End of content

No more pages to load

RADİO