“Cəbrayıl enerji qovşağının yaradılması strateji hadisədir" - Nazir

İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsində güclərin yaradılması, azad edilmiş əraziləri “yaşıl enerji”nin istehsal və istehlakı ilə bərabər ixracının da mənbə və marşrutuna çevirir.

Bizim.Media xəbər verir ki, bunu “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, hazırda “yaşıl enerji”nin ənənəvi bazarlarla bərabər Avropaya ixracı üçün nəzərdən keçirilən üç xətdən biri - Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi, bu yeni reallığın perspektivlərindəndir.
Postmünaqişə mərhələsində tarixi və geostrateji əhəmiyyətli Zəngəzur dəhlizinin yaradılması Asiyanı Avropa ilə təkcə nəqliyyat deyil, enerji vasitəsilə də birləşdirmək imkanlarına malikdir.

Nazirin sözlərinə görə, elektrik enerjisinin Zəngəzur dəhlizi ilə Naxçıvan Muxtar Respublikasına, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsi istiqamətində artıq işlərə başlanıb.

Bu aspektdə, “Cəbrayıl” enerji qovşağının yaradılması böyükmiqyaslı energetik və strateji əhəmiyyətli hadisədir.

“Bu gün Azərbaycan kimi etibarlı tərəfdaşlara böyük ehtiyac var. Mövcud reallıqlar göstərir ki, Azərbaycanla enerji tərəfdaşlığının genişləndirilməsi Avropa ölkələri üçün strateji prioritetlərdən biridir. Ona görə də bu zonanın “yaşıl enerji” potensialı tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təminatında potensial mənbə qismindədir”, - Pərviz Şahbazov qeyd edib.
Nazir bildirib ki, eyni zamanda, Azərbaycanın “yaşıl enerji” gündəliyinə, enerji keçidi ilə bağlı planlarına güclü maraq və yüksək siyasi dəstək var.

“Bu aspektdə, Avropa İttifaqı ilə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, Avropa İttifaqı ilə enerji dialoqumuzda bərpa olunan enerji ilə yanaşı enerji səmərəliliyi və karbon emissiyalarının azaldılması üzrə əməkdaşlıq da yer alır. Bu əməkdaşlıq “yaşıl enerji” zonasının yaradılması üçün münasib həllər baxımından önəmlidir”, - Pərviz Şahbazov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrailin İraqdakı gizli hərbi bazası: Şokedici təfərrüat - FOTO

İsrailin İraqdakı gizli hərbi bazası: Şokedici təfərrüat - FOTO

İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul etdi - FOTO

İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul etdi - FOTO

Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu – FOTO

Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu – FOTO

Qatar kanalizasiya maşınını vurdu: Ətrafa pis qoxu yayıldı – ANBAAN VİDEO

Qatar kanalizasiya maşınını vurdu: Ətrafa pis qoxu yayıldı – ANBAAN VİDEO

Zaxarova: Avropa İttifaqı rusofobiyadan imtina etməlidir

Zaxarova: Avropa İttifaqı rusofobiyadan imtina etməlidir

Məşhur serialın sezon finalının tarixi BƏLLİ OLDU

Məşhur serialın sezon finalının tarixi BƏLLİ OLDU

“Beşiktaş” Sergen Yalçını istefaya GÖNDƏRDİ

“Beşiktaş” Sergen Yalçını istefaya GÖNDƏRDİ

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi

Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi

Ukrayna ordusu Stepnoqorsk şəhərini işğaldan azad etdi – VİDEO

Ukrayna ordusu Stepnoqorsk şəhərini işğaldan azad etdi – VİDEO

Kobaxidze: Azərbaycan WUF13-ü yüksək səviyyədə təşkil edib

Kobaxidze: Azərbaycan WUF13-ü yüksək səviyyədə təşkil edib

Vuçiç: Bakıya böyük maraqla baxırıq

Vuçiç: Bakıya böyük maraqla baxırıq

Prezident və birinci xanım WUF13-ün açılış mərasimində - FOTO

Prezident və birinci xanım WUF13-ün açılış mərasimində - FOTO

ABŞ İrana güzəştə getdi

ABŞ İrana güzəştə getdi

Türkiyədən Rusiyaya qarşı Krımla bağlı SƏRT MESAJ

Türkiyədən Rusiyaya qarşı Krımla bağlı SƏRT MESAJ

Afra Saraçoğlu "A.B.İ"dən gedir

Afra Saraçoğlu "A.B.İ"dən gedir

Yadplanetlilər bizi niyə görmürlər? - Kainatın içində itən sivilizasiyalar

Yadplanetlilər bizi niyə görmürlər? - Kainatın içində itən sivilizasiyalar

Abubakar “Neftçi”dən ayrılır?

Abubakar “Neftçi”dən ayrılır?

Anar Quliyev: Azərbaycan üçün WUF13-ün təşkili böyük şərəf və məsuliyyətdir

Anar Quliyev: Azərbaycan üçün WUF13-ün təşkili böyük şərəf və məsuliyyətdir

Pezeşkian: "Əbədi müharibə etmək istəyirsiniz?"

Pezeşkian: "Əbədi müharibə etmək istəyirsiniz?"

Pakistan Səudiyyə Ərəbistanına qırıcılar və minlərlə hərbçi göndərdi

Pakistan Səudiyyə Ərəbistanına qırıcılar və minlərlə hərbçi göndərdi

Emin Ağalarov: “Sea Breeze” müasir şəhər inkişafının parlaq nümunələrindən birinə çevrilib - VİDEO

Emin Ağalarov: “Sea Breeze” müasir şəhər inkişafının parlaq nümunələrindən birinə çevrilib - VİDEO

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü – FOTO

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü – FOTO

Kallas Putinlə danışıqlarda vasitəçi olmaqdan imtina etdi

Kallas Putinlə danışıqlarda vasitəçi olmaqdan imtina etdi

End of content

No more pages to load

RADİO