Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) Çempionlar Liqasının E qrupunda ilk matçını keçirib.
Bizim.Media xəbər verir ki, Xorvatiya təmsilçisi evdə İngiltərənin "Çelsi" klubunu qəbul edib.
Görüş "Dinamo"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, Mahir Emreli bu görüşdə meydana çıxmayıb.
Bizim.Media