Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-an növbəti dəfə təyinat alıb.
Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsində “Ştrum” (Qrats, Avstriya) – “Midtüllan” (Danimarka) qarşılaşmasının referisi olacaq.
Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 8-i Avstriyada keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizim.Media