Azərbaycanlı pəhləvan Fariz Babayev qəfil ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Sabirabad rayon Gənclər və İdman İdarəsi “Facebook” səhifəsində məlumat verib.
Bildirilib ki, o, ürəyində yaranan narahatlıq səbəbi ilə dünyasını dəyişib.
Qeyd edək ki, Babayev Fariz Behtulla oğlu ağır atletika idman növü ilə məşğul olub. O, eyni zamanda Sabirabad rayonu Həşimxanlı kənd Mədəniyyət Evinin direktoru olub.
Bizim.Media

