"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun uğursuz seriyası davam edir.
Bizim.Media xəbər verir ki, portuqaliyalı hücumçu Premyer Liqada ardıcıl 7 oyundur ki, qol vurmur.
37 yaşlı futbolçu sonuncu dəfə 2008-2009 mövsümündə belə uğursuzluqla üzləşib. O, həmin mövsümdə ardıcıl 9 oyunda qol vura bilməyib.
Qeyd edək ki, Ronaldo bu mövsüm cəmi iki oyunda start heyətdə meydana çıxıb.
Bizim.Media