“Yaşar Vahabzadə ilə danışıb halallığını almışam” - “Kəpəz”in yeni baş məşqçisi ilə EKSKLÜZİV MÜSAHİBƏ

“Tərlan Əhmədov sehrbaz deyil, mənim sehrli çubuğum yoxdur ki, bir anın içində hər şeyi dəyişə bilim. Hesab edirəm ki, klub rəhbərliyi, şəhər rəhbərliyi, futbol veteranları, azarkeşlər, bütün şəhər ictimaiyyəti, xaricdə yaşayan Kəpəzsevərlər, əl-ələ verib komandanı bu ağır durumdan çıxarmağa nail ola biləcəyik”.

Gəncənin “Kəpəz” futbol klubunun yeni təyin olunmuş baş məşqçisi Tərlan Əhmədovun Bizim.Media-ya verdiyi eksklyuziv müsahibə zamanı belə deyib. Yeni məşqçi əmindir ki, Gəncə futbolu öz şöhrətini yenidən bərpa edəcək. İlk sualımız da elə bu yöndə oldu:

- Tərlan müəllim təyinat münasibətilə Sizi təbrik edirik, işinizdə uğurlar arzu edirik. Uzun danışıqlardan sonra Kəpəzin sükanı arxasına keçməyə razılıq verdiniz. Çox tələbkar azarkeşləri olan bir furbol şəhərinə gəlmisiniz. Çətin olmayacaq?

- Gəncə Azərbaycanın özünəməxsus futbol ənələri olan bir şəhəridir. Burada hər kəs futbolu duyur, bilir, ürəyi futbolla döyünür, futbolla nəfəs alır bu şəhər. Bir zamanlar ölkə futbolunun 70-80 faiz tanınmış futbolçularının yetişdirildiyi bir şəhərə gəlmişəm və bunu fərqindəyəm. Uzun illərdən sonra yenidən premyer liqaya qayıdan bir komandanın 5 turdan sonra xalı yoxdur.

Mən bundan əvvəl də büdcəsi az olan, bir zamanlar enişdə olan komandalarla işləmişəm. Klub rəhbərliyi, azarkeşlərin, futbol ictimaiyyətinin dəstəyi ilə vəziyyətdən çıxmışıq. Ümid edirəm ki, Gəncə futbolunun yenidən dirçəlməyi üçün birgə nəyəsə nail olacağıq.
- “Kəpəz” futbol klubu 5 turdan sonra çox acınacaqlı durumdadır. Maliyyə problemləri, komandanın öz doğma meydançasında oynamaması, futbolçu çatışmazlığı və sair. Siz bu problemləri necə aradan qaldırmağı düşünürsüz? Vəziyyətdən çixmaq mümkün olacaqmı?

- Komandanın əvvəlki oyunlarını izləmişəm. İlk baxışdan komanda o qədər də pis təsir bağışlamır. Komandada ümumi ruh yüksəkliyini bərpa etmək, qalib komanda fikrini formalaşdırmaq lazımdır. Təbii ki, komandanın ev oyunlarını doğma azarkeşlər önündə keçirməməsi çox ciddi problemdir və bu da 100 faiz futbolçuların psixologiyasını təsir edir.

Təsadüfi deyil ki, azarkeş 12-ci futbolçu adlanır. Təsəvvür edin ki, Gəncədə keçirilən oyunu 10000 azarkeş izləyir və hamı komandanı tribunalardan dəstəkləyir. Bu oyunçulara əlavə stimul verir. Amma şox təəssüf ki, “Kəpəz” bu dəstəkdən məhrum edilib. Sağ olsun bir qrup azarkeşlər oyunlara baxmaq üçün, dəstək üçün Qəbələyə gedirlər. Amma bu sanki səfər oyununu xatırladır. Bu ən vacib problemlərdən biridir və yəqin aidiyyatı qurumlar bu məsələdə Gəncə futboluna yardımçı olacaqlar.

Bundan başqa komandanın digər çətinlikləri də var. Bildiyiniz kimi komandanın avtobusu yoxdur, formalarla bağlı çətinliklər mövcuddur, maliyyə ilə bağlı durum yaxşı deyil. Amma “Kəpəz” daima ən çətin vəziyyətlərdə belə mübariz komanda yarada bilib və çempionatda öz sözünü deməyi bacarıb. Çox sağ olsunlar, İndi də mənə etimad göstərilib.
Lakin Tərlan Əhmədov sehrbaz deyil, mənim sehrli çubuğum yoxdur ki, bir anın içində hər şeyi dəyişə bilim.

Hesab edirəm ki, birgə hamımız, klub rəhbərliyi, şəhər rəhbərliyi, futbol veteranları, azarkeşlər, bütün şəhər ictimaiyyəti, xaricdə yaşayan Kəpəzsevərlər birgə əl ələ verib komandanı bu ağır durumdan çıxarmağa nail ola biləcəyik. Arzum budur ki, birlikdə komandanın əvvəlki nüfuzunu geri qaytaraq və yenə də “Kəpəz” premyerliqada yüksək yerlər uğrunda mübarizə aparsın. 

- Tərlan müəllim, Siz komandanın vəziyyətindən danışanda maliyyə durumunu ön plana çəkdiniz. Premyer liqada “Kəpəz”lə eyni büdcədə çox klublar var və onlar normal komandalar formalaşdıra biliblər. Hesab etmirsinizmi ki, klub transfer siyasətini düzgün qurmayıb?

- Mən ötən turdakı oyunları izlədim. Komanda o qədər də pis təsir bağışlamır. Mən fürsətdən istifadə edib Yaşar Vahabzadəyə öz minnətdarlığı bildirirəm ki, az bir zamanda az büdcə ilə komanda formalaşdırıb. Bu gün səhər mən Yaşar Vahabzadə ilə telefonla danışdım və onun halallığını aldım. Amma 5 turdan sonra komandanın sıfır xalı olması belə bir fikir formalaşdırır ki, komandanın səviyyəsi aşağıdır.

Təcrübə göstərir ki, belə hallar olur və klubda ruh düşkünlüyü olur. Mən oyunlara baxdıqdan sonra gördüm ki, komandanın oynamaq, normal mübarizə aparmaq bacarığı var. Birinci turda “Zirə” ilə oyunda, daha sonra “Səbail”lə oyunda, hətta “Qarabağ”la oyunda da komanda meydançada döyüşkən idi. Amma sanki oyunu sona qədər qalib kimi diktə etməyə ruh yüksəkliyi çatmırdı. 

Komanda qol vura bilirsə, normal müdafiə oluna bilirsə, birinci hissədə qalıb gəlirsə, sonradan oyunları uduzursa deməli bu futbolçularla nəsə etmək mümkün olacaq. Təəssüf ki, komanda əsasən müdafiə üçün formalaşdırılıb. Məsələn komandanın sürətli hücumçuya çox ehtiyacı var.
Rauf Əliyevlə bərabər oyunu dəyişə biləcək, qarşı tərəfi daim həyəcanda saxlaya biləcək hücumçulara ehtiyac var. Amma bu gün reallıq budur ki, əlimizdə olan futbolçularla birinci dövrənin sonunadək mübarizə aparmalıyıq. Təbii ki, komandada yaxşı oynamağa qadir futbolçular var və biz birgə oturaraq vəziyyəti müzakirə edəcəyik. Çalışacağıq ki, əl ələ verib bu çətin durumdan komandanı çıxaraq və Gəncə azarkeşlərini sevindirək.

- Belə bir çətin durumda olan bir komandanın baş məşqçisi olmağa razılıq verəndə yəqin ki, klub rəhbərliyi ilə hansısa məsələlərin həlli istiqamətində danışıqlar aparmısınız?

- Əlbəttə biz klub rəhbərliyi ilə bir çox məsələləri müzakirə etmişik. Bəzi çətinliklərin həlli istiqamətində komandaya dəstək olacağına ümid edirəm. Əsas məsələ komandanın ev oyunlarını öz doğma meydanında keçirməsidir. Klub rəhbərliyi bu istiqamətdə də işlər aparır. Birinci dövrəni komandada olan oyunçularla davam edəcəyik.

Əsas məqsədimiz ruh yüksəkliyi yaratmağa nail olmaq və komandanı qalib ruhda oyunlara hazırlamaqdır.
Bunu üçün də hər kəsin dəstəyini gözləyirəm. Hamılıqla əl ələ verib furbol ənənsi olan Gəncənin komandasını, doğma “Kəpəz”i dəsləməklə bu vəziyyətdən çıxacağımıza ümid edirəm.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Premyer Liqanın ƏN YAXŞISI seçildi

Premyer Liqanın ƏN YAXŞISI seçildi

Ukrayna Rusiyanın iki neft emalı zavoduna hücum edib

Ukrayna Rusiyanın iki neft emalı zavoduna hücum edib

Navai HƏBS EDİLDİ

Navai HƏBS EDİLDİ

Kənd yumurtası BAHALAŞDI

Kənd yumurtası BAHALAŞDI

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi - FOTO

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi - FOTO

Bolqarıstanda “Starlink”ə məxsus ötürücülər yandırıldı - VİDEO

Bolqarıstanda “Starlink”ə məxsus ötürücülər yandırıldı - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

Prezident Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul etdi - FOTO

Prezident Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul etdi - FOTO

Fərid Namazovdan sonra “İmişli”də QƏRAR

Fərid Namazovdan sonra “İmişli”də QƏRAR

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib - FOTO

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib - FOTO

Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - FOTO

Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - FOTO

Ukrayna ABŞ, NATO və SpaceX ilə danışıqlar aparır - Starlink məhdudiyyətlərinə görə

Ukrayna ABŞ, NATO və SpaceX ilə danışıqlar aparır - Starlink məhdudiyyətlərinə görə

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul etdi - FOTO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul etdi - FOTO

İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub - FOTO

İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub - FOTO

Almaniyadan 32 azərbaycanlı geri qaytarıldı

Almaniyadan 32 azərbaycanlı geri qaytarıldı

Türkiyənin “Neo-Osmanlı” planları və Bakının QIRMIZI XƏTLƏRİ

Türkiyənin “Neo-Osmanlı” planları və Bakının QIRMIZI XƏTLƏRİ

Bakıda keçirilən kəlağayı yürüşündən VİDEOREPORTAJ

Bakıda keçirilən kəlağayı yürüşündən VİDEOREPORTAJ

Üç BÜRC üçün fürsətlər dənizi

Üç BÜRC üçün fürsətlər dənizi

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəldi - FOTO

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəldi - FOTO

Erməni deputat Rusiyaya buraxılmadı – SƏBƏB

Erməni deputat Rusiyaya buraxılmadı – SƏBƏB

Emoməli Rəhmon Bakıdadır - YENİLƏNİB/FOTO

Emoməli Rəhmon Bakıdadır - YENİLƏNİB/FOTO

“Şahinlərin Görüşü-2026”: Təyyarə və helikopterlərin uçuşları keçirildi - VİDEO

“Şahinlərin Görüşü-2026”: Təyyarə və helikopterlərin uçuşları keçirildi - VİDEO

Qazaxıstana səfər edən əcnəbilər üçün yeni qayda TƏTBİQ EDİLƏCƏK

Qazaxıstana səfər edən əcnəbilər üçün yeni qayda TƏTBİQ EDİLƏCƏK

Sadır Japarov Bakıya GƏLDİ - FOTO

Sadır Japarov Bakıya GƏLDİ - FOTO

End of content

No more pages to load

RADİO