Azərbaycanın 8 yunan-Roma güləşçisi medal qazandı - Qran-pridə

Bu gün Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-prisinə yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutur.

60 kq-da A qrupunda yer alan Murad Məmmədov ilk görüşdə ispaniyalı idmançını elə ilk hissədə tam üstünlüklə məyus edib.

Portuqaliyalı rəqibini də cəmi 2 dəqiqəyə üstələyən Məmmədov qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. B qrupundakı təmsilçimiz Murad Bazarov isə debütdə İspaniyanın bayrağı altında çıxış edən erməni güləşçiyə gücünü göstərib.

Növbəti görüşdə türkiyəli güləşçiyə məğlub olaraq qrup ikincisi kimi yarımfinala adlayıb. Finalın bir addımlığında yığma üzvləri üz-üzə gəlib və Məmmədov sevinən tərəf olub.

Bazarov ispan güləşçini məğlub edərən bürünc medala sahib olubsa, türk həmkarına uduzan Məmmədov gümüş medalla kifayətlənib.

Mübarizəyə 1/4 finaldan qoşulan Namaz Rüstəmov yerli güləşçiyə minimal fərqlə uduzub. 67 kq-dakı digər təmsilçimiz İslambek Dadov Fransanı təmsil edən türk güləşçini vaxtından əvvəl məğlub edərək adını yarımfinala yazdırıb.

Ancaq finalın bir addımlığında Fransa güləşçisinə minimal fərqlə uduzub. Rüstəmov ilk təsəlliverici görüşdə Avstriya təmsilçisini xalçaya çıxmağa peşman edib. Növbəti qarşılaşmada isə ispan həmkarına heç bir şans tanımayıb.

Bürünc medal uğrunda qarşılaşan milli üzvlərinin duelindən isə Dadov qalib ayrılıb.

Sənan Süleymanov ilk mərhələdə gürcü rəqibi üzərində inamlı qələbə qazanıb. Fransanı təmsil edən erməni güləşçiyə də gücünü göstərən pəhləvanımız yarımfinala yüksəlib. Türkiyə güləşçisiylə görüşdə xalların keyfiyyətinə görə qarşı tərəf qalib elan olunub. Sənan gürcü rəqibinə növbəti dəfə qalib gələrək bürünc medalla təsəlli tapıb.

Rafiq Hüseynov qrupdakı ilk qarşılaşmasında avstriyalı güləşçini çətinlik çəkmədən məğlub edib. Türkiyəli pəhləvandan da güclü olan təcrübəli idmançımız B qrupunun qalibi kimi yarımfinala vəsiqə qazanıb.

Türkiyənin daha bir təmsilçisini sıradan çıxaran 2 qat Avropa çempionumuz adını finala yazdırıb. Son qarşılaşmada Türkiyənin daha bir nümayəndəsi ilə qarşılaşan Rafiq sonuncu xal prinsipinə əsasən gümüş medalçı olub.

İslam Abbasov ilk görüşdə gürcü həmkarına qalib gəlib. Hollandiya güləşçisi də həmyerlimizin qarşısında duruş gətirə bilməyib. Yarımfinalda ABŞ güləşçisini məyus edən Abbasov finala yüksəlib. Türkiyə güləşçisiylə baş tutan son qarşılaşmadan da üzüağ çıxan İslam fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Murad Lokyayev A qrupunda keçirdiyi ilk görüşdə Fransa idmançısına vaxtından əvvəl qalib gəlib. Lokyayev Polşa güləşçisinə də eyni aqibəti yaşadıb. Avstriya idmançısının da öhdəsindən gələn Murad yarımfinala qrup lideri kimi yüksəlib. Yığma üzvü Avstriya güləşçisini də məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə gürcü rəqibiylə bacarmayan millimizin üzvü gümüş medalı boynundan asıb.

Sabah Şəriəti ilk görüşdə çilili güləşçiyə məğlub olub. Rio Olimpiadasının bürünc medalçısı gürcü rəqibini minimal fərqlə üstələyərək gümüş medala sahib çıxıb.

Beləliklə, yarışda iştirak edən 9 yunan-Roma güləşçimizdən 8-i fəxri kürsüyə qalxıb. Millimiz Qran-pridə 1 qızıl, 4 gümüş və 3 bürünc medal əldə edib. Komandamız bu nəticəylə 160 xalla ikinci yeri tutub. 

60 kq

A qrupu

1-ci görüş: Murad Məmmədov - Endi Xuan (İspaniya) 9:0

2-ci görüş: Murad Məmmədov - Antonio Kabral (Portuqaliya) 9:0

B qrupu

1-ci görüş: Murad Bazarov - Albert Baqumyan (İspaniya) 3:1

2-ci görüş: Murad Bazarov - Kərəm Kamal (Türkiyə) 0:8

1/2 final: Murad Məmmədov - Murad Bazarov 3:1

Bürünc medal görüşü: Murad Bazarov - Endi Xuan (İspaniya) 9:0

Final: Murad Məmmədov - Kərəm Kamal (Türkiyə) 0:4

67 kq

1/4 final: Rüstəm Namazov - Stefan Klement (Fransa) 6:7

1/4 final: İslambek Dadov - Yasin Özay (Fransa) 8:0

1/2 final: İslambek Dadov - Mamadassa Silla (Fransa) 2:3

Təsəlliverici görüş: Rüstəm Namazov - Aker Əl-Obaidi (Avstriya) 10:0

Təsəlliverici görüş: Rüstəm Namazov - Markus Sançes (İspaniya) 9:0

Bürünc medal görüşü: İslambek Dadov - Rüstəm Namazov 4:3

77 kq

1/8 final: Sənan Süleymanov - Beka Mamukaşvili (Gürcüstan) 9:2

1/4 final: Sənan Süleymanov - Evrik Nikoqosyan (Fransa) 5:0

1/2 final: Sənan Süleymanov - Fatih Cengiz (Türkiyə) 3:3*

Bürünc medal görüşü: Sənan Süleymanov - Beka Mamukaşvili (Gürcüstan) 6:0

82 kq

1-ci görüş: Rafiq Hüseynov - Mixael Vaqner (Avstriya) 7:0

2-ci görüş: Rafiq Hüseynov - Salih Aydın (Türkiyə) 3:1

1/2 final: Rafiq Hüseynov - Burhan Akbudak (Türkiyə) 7:2

Final: Rafiq Hüseynov - Əmrah Kuş (Türkiyə) 1:1*

87 kq

1/8 final: İslam Abbasov - Qurami Xetsuriani (Gürcüstan) 3:1

1/4 final: İslam Abbasov - Tirone Sterkenburq (Hollandiya) 5:0

1/2 final: İslam Abbasov - Con Stefanoviç (ABŞ) 6:0

Final: İslam Abbasov - Metehan Başar (Türkiyə) 8:4

97 kq

1-ci görüş: Murad Lokyayev - Loik Samen (Fransa) 9:1

2-ci görüş: Murad Lokyayev - Pyotr Xudçik (Polşa) 8:0

3-cü görüş: Murad Lokyayev - Markus Raqqiner (Avstriya) 4:2

1/2 final: Murad Lokyayev - Daniel Qastl (Avstriya) 5:0

Final: Murad Lokyayev - Giorgi Melia (Gürcüstan) 0:5

130 kq

1-ci görüş: Sabah Şəriəti - Yasmani Akosta (Çili) 1:2

2-ci görüş: Sabah Şəriəti - Sulxani Buidze (Gürcüstan) 3:2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olundu - VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olundu - VİDEO

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi - FOTO

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi - FOTO

Azərbaycan klubunda baş məşqçi ayrılığı

Azərbaycan klubunda baş məşqçi ayrılığı

Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Zaqatalada DƏHŞƏT – TIR-ın altında qalan qadın həyatını itirdi

Zaqatalada DƏHŞƏT – TIR-ın altında qalan qadın həyatını itirdi

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları ARTIB

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları ARTIB

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib - FOTO

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib - FOTO

Prezidentdən Valeh Ələsgərovla bağlı sərəncam

Prezidentdən Valeh Ələsgərovla bağlı sərəncam

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - VİDEO

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - VİDEO

Marketdən su alanların nəzərinə - Etiketdəki bu detallara baxın!

Marketdən su alanların nəzərinə - Etiketdəki bu detallara baxın!

ABŞ və İngiltərədə qorxu dolu anlar - “Ruhlar” kameralara düşdü?

ABŞ və İngiltərədə qorxu dolu anlar - “Ruhlar” kameralara düşdü?

Kuperin sirli 20 dollarlıq əskinası hərracda 134 min dollara satıldı

Kuperin sirli 20 dollarlıq əskinası hərracda 134 min dollara satıldı

Husilər Yəməndə strateji şəhəri mühasirəyə aldılar

Husilər Yəməndə strateji şəhəri mühasirəyə aldılar

Berlində məktəblərdə namaz qılınmasına QADAĞA - Məhkəmə qərar verdi

Berlində məktəblərdə namaz qılınmasına QADAĞA - Məhkəmə qərar verdi

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqlayıb

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqlayıb

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Altı il öncə bu gün – 17 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 17 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Füzulinin daha iki kəndinə sakinlər qayıdır

Füzulinin daha iki kəndinə sakinlər qayıdır

Ağciyər xərçəngindən əməliyyat olunan Roma Papası ilk dəfə ictimaiyyət qarşısına çıxacaq

Ağciyər xərçəngindən əməliyyat olunan Roma Papası ilk dəfə ictimaiyyət qarşısına çıxacaq

BTS bir ildə Spotify-da 10 milyard dinlənmə rekordu qıran ilk qrup olub

BTS bir ildə Spotify-da 10 milyard dinlənmə rekordu qıran ilk qrup olub

Beynəlxalq forumda Azərbaycanın dini tolerantlıq modeli təqdim edildi – FOTO

Beynəlxalq forumda Azərbaycanın dini tolerantlıq modeli təqdim edildi – FOTO

DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - FOTO

DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - FOTO

6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

Maduro məhkəmədə işgəncə ittihamlarına CAVAB VERİB

Maduro məhkəmədə işgəncə ittihamlarına CAVAB VERİB

End of content

No more pages to load

RADİO