İspaniya Superkubokunun yarımfinalında “Real Madrid” 1:2 hesabı ilə “Atletik Bilbao”ya məğlub olub.
Bizim.Media xəbər verir ki, birinci hissədə dublun müəllifi "Atletik”in yarımmüdafiəçisi Raul Qarsiya olub.
"Kral Klubu"nun heyətində fransalı hücumçu Kərim Benzema fərqlənib.
Finalda “Atletik" "Real Sosyedad”ı mübarizədən kənarlaşdıran "Barselona" ilə qarşılaşacaq.
Final yanvarın 17-də Sevilya şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.
İspaniya Superkuboku, yarımfinal
"Real" - "Atletik" - 1: 2
Kərim Benzema, 73, Raul Qarsiya, 18, 38 (penalti)
Bizim.Media