Fransa Güləş Federasiyası (FGF) Nitsada keçiriləcək Qran-Pri turnirinin rəsmi sənədlərində Azərbaycan bayrağının əks olunmamasına görə üzr istəyib.
Bizim.Media xəbər verir ki, bununla bağlı FGF rəsmi “Facebook” hesabında paylaşım edib:
''Milli bayrağın Qran-Prinin rəsmi sənədlərində yer almaması ilə bağlı yaranan problemə görə Azərbaycan Güləş Federasiyasından və ictimaiyyətindən üzr istəyirik''.
''Artıq bu düzəliş edilib. Bu, heç bir halda siyasətlə bağlı deyildi, sadəcə bizim tərəfimizdən bir səhv idi. Azərbaycan güləşçilərinə və bütün iştirakçı ölkələrin təmsilçilərinə uğurlu mübarizə arzulayırıq''.
Qeyd edək ki, yanvarın 15-17-də keçiriləcək yarışda 27 ölkədən 300-dən artıq güləşçi qüvvəsini sınayacaq.
Bizim.Media