Şəhriyarla Teymuru görəndə gözüm Vüqarı axtarır – Vüqarsız 7 il - FOTO 

Bu gün Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun anım günüdür.

Bizim.Media xəbər verir ki, bununla bağlı idman şərhçisi Sənan Şəfizadə “Facebook” sosial şəbəkəsində mərhum şahmatçının fotosunu yayımlayaraq, onun xatirəsini yad edib.

“Tarixi an. Vüqarın rəqibi şoka saldığı şəkildi. 



Serbiyaya yola düşəndə balaca fotoaparatımla tarixi anları lentə alacağımı ağlıma gətirmirdim.

Əslində Novi Sada gəldiyim gün yaxşı olmayan hadisələr baş verdi. Millimiz ardıcıl qələbələrdən sonra ilk dəfə məğlubiyyət acısı yaşadı, oyundan sonra Sərxan Həşimovla otelin liftində qalmağımız əhvalımızı daha da korladı.

Uğursuzluq bununla bitdi və şahmatçılar sonrakı turlarda yalnız qələbə qazandı. Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatında ilk tarixi uğurunun hər dəqiqəsini yaxşı xatırlayıram.

Çempionatın sonuncu turunda qrossmeysterlərimiz qızıl medalların sevincini yaşamaq üçün Hollandiya komandasını məğlub etməliydi.

Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov partiyalarını heç-heçə başa vurduqdan sonra bütün nəzərlər Vüqar Həşimova yönəldi.

Əgər o, ikinci taxtada Daniel Stelvagenə qalib gəlməyi bacarsaydı, millimiz 2,5:1,5 hesabı ilə qələbə qazanıb fəxri kürsünün zirvəsində çempionluğunu bayram edəcəkdi”,- deyə, o, qeyd edib.

O, həmin oyunda Vüqarın oyunu 5 saat davam etdirdiyini və yorğunluğuna baxmayaraq, sonda bütün səylərinin nəticəsində Azərbaycana çempionluq qazandırdığını da yazıb.

''Hamı oyunu bitirib və lövhə qarşısında yalnız Vüqar mübarizəni davam etdirir. Saatlar keçir, yorğunluq özünü göstərir. Vüqarın oyununda bərabər vəziyyət yaranır, yalnız beşinci saat Həşimov rəqibi səhv etməyə məcbur edir. Ümid artır. Şəhriyarın üzü gülür, Teymur bəndənizə "narahat olma, yaxşı olacaq'' söyləyir.

''Rauf Məmmədov "Sənan bu gün çempion bizik. Bunu qırmızı hərflərlə yazarsan" deməklə məni daha da ürəkləndirir.  Və bütün arenanın diqqəti Vüqar Həşimova yönəlir. Rəqib nə qədər ciddi müqavimət göstərsə də, görüş nə qədər uzansa da, Vüqarın tarixi gedişindən sonra Stelvagen uduzduğunu etiraf edir. Və Azərbaycan ÇEMPİON elan olunur!'' 

Sevincimizdən ağlamaq istəyirik. Hamı bizi təbrik edir.



Vüqar çoxlu sayda əcnəbi jurnalistin qarşısında yeganə azərbaycanlı media nümayəndəsi - bəndənizə yaxınlaşaraq yavaş səslə deyir:

"İlk müsahibə sənindi. Çünki sən həmişə bizimləsən". 

Sonda S. Şəfiyev Azərbaycan xalqnının Vüqarı heç vaxt unutmayacağını, onu hər zaman xatirələrdə yaşadacağını da qeyd edib.

“Vüqar, Şəhriyar, Teymur, Rauf, Qədir, Eltacı həmişə birlikdə görmüşəm. Son 7 ildə Vüqarın bizimlə olmaması çox kədərlidir. Şəhriyarla Teymuru görəndə özümdən asılı olmayaraq gözüm Vüqarı axtarır. Çünki bu üçlük dünyanın istənilən şahmat komandasını mat edə bilərdi. 11 yanvar Vüqarın bizi tərk etdiyi gündür. Azərbaycan Vüqarı və vüqarlı çempionluğu heç vaxt unutmayacaq. Ruhun şad olsun çempion”.

P.S Çəkdiyim tarixi fotonu ilk dəfə paylaşıram.

Qeyd edək ki, Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. 

O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 

Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyində bədxassəli şişə (xərçəng) görə müalicə olunduğu Almaniyanın "Heydelberq" Klinikasında dünyasını dəyişib. O, həmin il yanvarın 14-də III Fəxri Xiyabanda dəfn edilib.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olundu - VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olundu - VİDEO

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi - FOTO

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi - FOTO

Azərbaycan klubunda baş məşqçi ayrılığı

Azərbaycan klubunda baş məşqçi ayrılığı

Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Zaqatalada DƏHŞƏT – TIR-ın altında qalan qadın həyatını itirdi

Zaqatalada DƏHŞƏT – TIR-ın altında qalan qadın həyatını itirdi

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları ARTIB

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları ARTIB

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib - FOTO

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib - FOTO

Prezidentdən Valeh Ələsgərovla bağlı sərəncam

Prezidentdən Valeh Ələsgərovla bağlı sərəncam

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - VİDEO

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - VİDEO

Marketdən su alanların nəzərinə - Etiketdəki bu detallara baxın!

Marketdən su alanların nəzərinə - Etiketdəki bu detallara baxın!

ABŞ və İngiltərədə qorxu dolu anlar - “Ruhlar” kameralara düşdü?

ABŞ və İngiltərədə qorxu dolu anlar - “Ruhlar” kameralara düşdü?

Kuperin sirli 20 dollarlıq əskinası hərracda 134 min dollara satıldı

Kuperin sirli 20 dollarlıq əskinası hərracda 134 min dollara satıldı

Husilər Yəməndə strateji şəhəri mühasirəyə aldılar

Husilər Yəməndə strateji şəhəri mühasirəyə aldılar

Berlində məktəblərdə namaz qılınmasına QADAĞA - Məhkəmə qərar verdi

Berlində məktəblərdə namaz qılınmasına QADAĞA - Məhkəmə qərar verdi

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqlayıb

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqlayıb

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Altı il öncə bu gün – 17 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 17 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Füzulinin daha iki kəndinə sakinlər qayıdır

Füzulinin daha iki kəndinə sakinlər qayıdır

Ağciyər xərçəngindən əməliyyat olunan Roma Papası ilk dəfə ictimaiyyət qarşısına çıxacaq

Ağciyər xərçəngindən əməliyyat olunan Roma Papası ilk dəfə ictimaiyyət qarşısına çıxacaq

BTS bir ildə Spotify-da 10 milyard dinlənmə rekordu qıran ilk qrup olub

BTS bir ildə Spotify-da 10 milyard dinlənmə rekordu qıran ilk qrup olub

Beynəlxalq forumda Azərbaycanın dini tolerantlıq modeli təqdim edildi – FOTO

Beynəlxalq forumda Azərbaycanın dini tolerantlıq modeli təqdim edildi – FOTO

DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - FOTO

DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - FOTO

6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

Maduro məhkəmədə işgəncə ittihamlarına CAVAB VERİB

Maduro məhkəmədə işgəncə ittihamlarına CAVAB VERİB

End of content

No more pages to load

RADİO