Portuqaliyanın "Alverka" komandasının futbolçusu Aleks Apolinario dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 25 yaşlı yarımmüdafiəçi bu gün xəstəxanada keçinib.
Onun ölümünə ürəktutması səbəb olub.
Qeyd edək ki, Aleks Apolinario yanvarın 3-də III liqanın "Almeyrim"lə matçında infarkt keçirdikdən sonra xəstəxanaya yerləşdirilmişdi. (report)
Bizim.Media