Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Şimali Makedoniya yığmasına rəhbərlik edə bilər.
Bizim.Media xəbər verir ki, 51 yaşlı xorvatiyalı mütəxəssis yerli federasiya ilə danışıqları yekunlaşdırmaq üzrədir.
Onun bu postda İqor Angelovskini əvəzləyəcəyi gözlənilir.
Şimali Makedoniya seçməsi İqor Angelovskinin rəhbərliyi altında AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanıb.
Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. O, noyabrın 25-də "Denizlispor" ilə yollarını ayırıb. (sportinfo)
Bizim.Media