Türkiyədə islamçı siyasətin QARANLIQ ÜZÜ

İslam dəyərləri Türkiyə hakimiyyətinin manipulyasiya alətinə çevrilib. Hakimiyyət İslam dinindən xarici dövlətlərə qarşı siyasi dəyənək, ölkə əhalisinə qarşı isə istismar aləti kimi istifadə edir.

Bir zamanlar nurçu, Adnan Oktar ideyaları ilə yola çıxan Adalet və Kalkınma Partiyası (AKP) sonralar din pərdəsi altında bir çox xoşagəlməz hadisələri yaşadı. Bununla bağlı Türkiyə mətbuatında kifayət qədər faktlar var.

Biz isə bu yazımızda din pərdəsi altında həyata keçirilən dövlət siyasətinin bəzi iyrəncliklərini təqdim edəcəyik.

Din Türkiyə hökuməti üçün idarəetmə vasitəsidir

Bu gün Türkiyənin bütün sahələrində hakimiyyətin göstərişi ilə fondlar fəaliyyət göstərir. Bu fondlar həm hakimiyyətin güclənməsinə kömək edir, həm də toplanan külli miqdarda vəsait hakimiyyətin ən yuxarı eşalonuna ötürülür. 

Türkiyənin Milli Təhsil Naziri Yusuf Tekin bu yaxınlarda bildirmişdi ki, ölkənin təhsil ocaqlarında 676 fond və birlik fəaliyyət göstərir. Bu fond və birliklər məktəblərdə və liseylərdə təhsilin inkişafına dəstək verdiklərini bəyan etsələr də əslində uşaq istismarı ilə məşğul olurlar. Bunun üçün isə statistikaya nəzər salmaq kifayətdir.

 

Rəsmi məlumatlara görə, Türkiyədə uşaqların 13 faizi cinsi zorakılığa məruz qalır. Bu göstəriciyə görə Türkiyə dünyada öncül yerlərdən birini tutur. Məsələn. “Karaman Ensar Vəqfi” skandalı 2016-cı ildə baş versə də hələ də Türkiyə cəmiyyətində buraxdığı izlər  silinməyib. Karaman şəhərində bəzi vəqf və dərnəklərə bağlı qeyri-rəsmi yataqxanalarda və evlərdə 10-12 yaşlı çox sayda oğlan uşaqları Vəqfin əməkdaşları tərəfindən cinsi istismara məruz qalıb. Üstəlik həmin uşaqlar sifarişlə də imkanlı pedofillərin yatağına göndərilib.


Daha bir dəhşətli hadisə 2022-ci ildə Ərzurum Quran Kursunda qeyd alınıb. O zaman Ərzurumda Dəyanət İşləri Başqanlığına bağlı yatılı Quran kursunda 8 uşaq kollektiv şəkildə cinsi zorakılığa məruz qalmışdı.

Ümumiyyətlə, müxtəlif qeyri-rəsmi dini qrupların və təriqətlərin daxilində "həddi-buluğ" yaşı bəhanəsi ilə azyaşlı qız uşaqlarının erkən yaşda evləndirilməsi qondarma təriqətlər və cəmiyyətlərin adətlərindəndir. Vaxtilə  “Hiranur Vəqfi” hadisəsi kimi tanınan 6 yaşlı uşağın evləndirilməsi skandalı da ölkədə böyük hüquqi mübarizələrə və dini pərdəli qurumların fəaliyyətinin ciddi sorğulanmasına səbəb olmuşdu.

 

Türkiyədə mövcud olan çoxsaylı xurafatçı təriqət və camaat adlanan qrupların hakimiyyətin dəstəyi ilə həm dünyəvi dövlət qanunlarını, həm də dini qaydalarını pozduğu hər kəsə məlumdur. Bu qrupların kütləsindən hökumət seçkilərdə səsvermə zamanı çox yaxşı istifadə etdiyi üçün onlara sonsuz səlahiyyətlər verilib. Xalqı təriqətlərə, camaatlara bölərək parçalayır, elmə, inkişafa deyil xurafata, cəhalətə və geriliyə aparır, zamanla pozğun, əxlaqsız əməlləri din vasitəsilə pərdələməklə dinə də böyük zərbə vurub hörmətdən salır. 



Bu xurafatçı cərəyanlar özlərinə fondlar, vəqflər quraraq saf inanclı əhalini istismar edir, zəkat, ianə, sədəqə toplayır və özlərinə lüks şərait quraraq uşaqlara təcavüz etməklə və digər pozduğunluqlarla məşğul olurlar.

Artan cinsi istismar, eşidilməyən haqq səsləri.


Bu günlərdə, daha dəqiq desək, 12 oktyabr 2026-cı ildə Konya millət vəkili Əli Yüksəl tərəfindən Türkiyə Böyük Millət Məclisinə  orta məktəblərdə və liseylərdə uşaqların kütləvi şəkildə cinsi istismara məruz qalması barədə sənəd təqdim edilib. Lakin TBMM məsələni diqqətə almayıb. Bu da təsadüfi deyil. Çünki TBBM-in bəzi deputatlarının və işçilərinin də adları pedofillikdə hallanır. 

Bu yaxınlarda Türkiyənin sosial media seqmentində çox dəhşətli məlumatlar yayılmışdı. Həmin məlumatlarda qeyd edilirdi ki, TBMM-in yeməkxanasında təcrübəçi kimi çalışan orta məktəb şagirdləri şirnikləndirici vədlərlə cinsi istismara məruz qalırlar. 

Təbii ki, belə halda İslam adı ilə incidilən, zorlanan uşaqların səsini Türkiyədə heç kim eşitmir. Məsələn, bu ilin yanvar ayında “Kuran’a Hizmet Vakfı” əməkdaşları tərəfindən 3 yaşlı qız zorlanıb. Bu iyrənc və vəhşi cinayətin törədiciləri isə hələ də öz layiqli cəzalarını almayıblar. İstanbul Anadolu 2-ci Ağır Cinayət Məhkəməsi cinayət işinə hüquqi qiymət verməyi hər ay ertələyir.

İslamın təəssübkeşi kimi çıxış edən Türkiyə hakimiyyətinə daha bir xatırlatma.

“Ensar Vəqfi” və “Karaman Anadolu İmam Hatip və İmam Hatip Liseyi Məzunları və Üzvləri Dərnəyi” üzvləri (KAİMDER) Türkiyənin müxtəlif yerlərində İslamın tədrisi üçün çox sayda evlər kirayələyib. Amma sonda məlum olub ki, həmin evlərdə Quran öyrətmək əvəzinə uşaqlar cinsi istismar edilib.

Budurmu Türkiyə hakimiyyətinin İslam dəyəri?

Axı bu cür vəhşilik heç Afrika cəngəlliklərində baş vermir. Amma necədirsə, Türkiyənin mərkəzi şəhərlərində Quran öyrətmək adı ilə onlarla oğlan və qız cinsi təcavüzə məruz qalır.

Belə olan halda Türkiyə hökuməti hansı haqla İslam dəyərlərindən və onun müdafiəsindən danışır?!

Bu gün Türkiyədə qızlar məktəbdən çıxarılır və zorla yaşlı adamlarla pul müqabilində evləndirilir. Bu barədə Türkiyə mediasında hər gün yeni bir məlumat yer alır.  Məsələn Adananın Seyran rayonunda yaşayan R.B.adlı 15 yaşı qız valideynləri tərəfindən erkən evliliyə məcbur edilib . Qız oxumaq istəsə də valideyni və nişanlısı onun oxumasına qadağa qoyublar. Qız sonda polisə müraciət edib. Lakin nə qızın valideynləri, nə də nişanlısı cinayət məsuliyyətinə cəlb olunmayıb(?). Sadəcə izahatları alınıb və sərbəst buraxılıblar. Vəssəlam.

Bax, Türkiyə hökumətinin məktəbli qızlara “qayğısı” bu qədərdir.

Daha bir iyrənclik Küçükçekmecedə baş verib. Eylül adlı məktəbli qız uzun illər coğrafiya müəllimi tərəfindən zorlanıb. Lakin məktəblinin şikayətinə nə məktəb rəhbəliyi, nə də ki, polis baxıb. Nəhayət, universitetə qəbul olandan sonra Eylül hüquq-mühafizə orqanlarına yenidən müraciət edib.

Daha bir vəhşilik İstanbulun ən öndə gedən “Erkek Lisesi”ndə baş verib. 11-ci sinif şagirdləri qız şagirdlərə qarşı 507 təcavüz əməli törədiblər. Lakin Liseyin rəhbərliyi məsuliyyətdən kənada qalıb.

Ankaranın Çankaya bölgəsindəki orta məktəbdə on yeddi oğlan şagird sinif yoldaşı A.B.-ni zorla məktəb tualetinə apardıqdan sonra ona dəfələrlə təcavüz edib, işgəncə veriblər.  A.B. ifadəsində bildirib ki, bu hadisələrin şahidi olanlar ona kömək etməyiblər. Qızın ailəsi 17 şagirdə qarşı şikayət ərizəsi verib. Amma ərizəyə obyektiv şəkildə baxılmayıb və günahkarlar layiqli cəzadan kənarda qalıblar. 

Bu gün Ankara, İstanbul məktəblərində belə vəhşiliklər törədilirsə, görün bölgələrdə nələr baş verir…

Fakt odur ki, Türkiyə təhsil sistemində və dini fondlarda uşaqların cinsi istismarı adi hala çevrilib. İnsanlığa sığmayan bu cür cinayətin günahkarını cəzalandırmaqsa nədənsə hakimiyyəti qətiyyən narahat etmir. 

Ən dəhşətli faktlardan biri odur ki, Türkiyənin hələ də məktəbi olmayan yaşayış məntəqələri var. Və həmin yaşayış məntəqələrində qızlar artıq 13-14 yaşlarında ər evinə göndərilir. Bax, budur Türkiyə hakimiyyətinin müdafiə etdiyi “İslam dəyərləri”. Başqa ölkələrdə məktəblilərin baş örtüyünü bayraq edən Türkiyə höküməti öz ölkəsində hələ də qızların hamısını ibtidai təhsilə cəlb edə bilməyib. Bəlkə də bunu heç istəmirlər də. Çünki təhsilsiz qızları erkən evliliyə daha asan təhrik etmək olur.

Bir ildə 17 min qız erkən nikaha daxil olub.

Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatına görə, 2019-cu ildə Türkiyədə 16-17 yaşlarında 17.000 qız evləndirilib. 15-17 yaşlarında övlad sahibi olan uşaqların sayı 9.714 olub.

Türkiyə Statistika İnstitutu (TÜİK) tərəfindən bildirilir ki, erkən nikah ölkədə ciddi problem olaraq qalır. Statistik məlumatlara əsasən, ötən il 16-17 yaşlarında 17.047 qız evləndirilib.

 

Qaziantep bölgəsi 1.245 azyaşlının evləndirilməsi ilə birinci yerdədir. Qaziantepdən sonra sıralamanı İstanbul və Şanlıurfa tutur. Tunceli, Bayburt və Gümüşhane bölgələri ən az erkən nikahların olduğu vilayətlər sırasındadır. Digər tərəfdən, ötən il 15 yaşdan kiçik 142 qız dünyaya uşaq gətirib. 15-17 yaş arası doğum edən uşaqların sayı 9714 nəfərdir.

 

Bu acı faktları yalnız dünyanın ən geridəqalmış ölkələri ilə müqayisə etmək olar.  Bütün bu eybəcərlikdən sonra öz ayıbına kor olmaq yerinə, İslam dəyərlərindən danışmaq, ən azından həyasızlıqdır. 

Öz ölkəsində İslami dəyərləri ayaq altına atan, bu dəyərləri biznes və siyasi alətə çevirən Türkiyə höküməti hansı haqla başqalarına nəyisə irad tutur?!. Bax, bunu anlamaq qeyri-mümkündür.

Bizim.Media-nın Analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda yeni söküntü başlayır - Kompensasiya nə qədər veriləcək? - VİDEO

Bakıda yeni söküntü başlayır - Kompensasiya nə qədər veriləcək? - VİDEO

Tramp Konqresin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları LƏĞV ETDİ

Tramp Konqresin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları LƏĞV ETDİ

Bekhem FİFA prezidentliyinə namizədliyini irəli sürə BİLƏR

Bekhem FİFA prezidentliyinə namizədliyini irəli sürə BİLƏR

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Dünya iqtisadiyyatı təhlükə altındadır – Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

Dünya iqtisadiyyatı təhlükə altındadır – Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

ABŞ-da şiddətli yanğınlar: Cey-Zi və Beyonsun evi təhlükədədir - VİDEO

ABŞ-da şiddətli yanğınlar: Cey-Zi və Beyonsun evi təhlükədədir - VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olundu - FOTO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olundu - FOTO

Ronaldo yeni brend YARADIR

Ronaldo yeni brend YARADIR

Türkiyədə islamçı siyasətin QARANLIQ ÜZÜ

Türkiyədə islamçı siyasətin QARANLIQ ÜZÜ

Biləsuvardakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Biləsuvardakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Cerrardın yeni klubu məlum oldu

Cerrardın yeni klubu məlum oldu

Bərdədə sanitar 70 yaşlı xəstəni döydü

Bərdədə sanitar 70 yaşlı xəstəni döydü

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olundu - VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olundu - VİDEO

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi - FOTO

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi - FOTO

Azərbaycan klubunda baş məşqçi ayrılığı

Azərbaycan klubunda baş məşqçi ayrılığı

Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Zaqatalada DƏHŞƏT – TIR-ın altında qalan qadın həyatını itirdi

Zaqatalada DƏHŞƏT – TIR-ın altında qalan qadın həyatını itirdi

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları ARTIB

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları ARTIB

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib - FOTO

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib - FOTO

Prezidentdən Valeh Ələsgərovla bağlı sərəncam

Prezidentdən Valeh Ələsgərovla bağlı sərəncam

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - VİDEO

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - VİDEO

Marketdən su alanların nəzərinə - Etiketdəki bu detallara baxın!

Marketdən su alanların nəzərinə - Etiketdəki bu detallara baxın!

ABŞ və İngiltərədə qorxu dolu anlar - “Ruhlar” kameralara düşdü?

ABŞ və İngiltərədə qorxu dolu anlar - “Ruhlar” kameralara düşdü?

Kuperin sirli 20 dollarlıq əskinası hərracda 134 min dollara satıldı

Kuperin sirli 20 dollarlıq əskinası hərracda 134 min dollara satıldı

End of content

No more pages to load

RADİO