Futbol üzrə Azərbaycan I Divizionda 19-cu tur start götürüb.
Bizim.Media xəbər verir ki, millinin yoldaşlıq görüşlərinə görə yaranan fasilədən dərhal sonra baş tutan turun ilk oyun günü iki matç keçirilib.
Açılış oyunları qonaq komandaların minimal hesablı qələbəsi ilə yadda qalıb.
Lider "Qaradağ Lökbatan" "Səbail-2"ni Sabir Allahquliyevin dublu sayəsində yenərək liderliyini möhkəmləndiribsə, son çempion "Qəbələ-2" isə "Zirə-2"ni bir qolla üstələyib.
Beləliklə, "qırmızı-qaralar" ardıcıl 7-ci qələbə sayəsində 2-ci pilləyə yüksəlib.
Bizim.Media