“Barselona”nın stadionu “Nou Kamp”ın adının dəyişdiriləcəyi təsdiqlənib.
Bizim.Media xəbər verir ki, klubun mətbuat xidməti “Spotify” şirkəti ilə sponsorluq müqaviləsindən sonra arenanın adının dəyişdiriləcəyini açıqlayıb.
La Liqa təmsilçisi “Spotify” ilə dördillik müqavilə imzalayıb və bu, 2022/2023-cü il mövsümündən qüvvədə olacaq.
Brendin adı kişi və qadın komandalarının formalarında yerləşdiriləcək. Anlaşmaya əsasən, növbəti mövsümdən stadion "Spotify Nou Kamp” adlandırılacaq. Bununla “Barselona” tarixində ilk dəfə arenasının adını dəyişəcək.
Qeyd edək ki, 1957-ci ildə tikilən “Nou Kamp” 99 min 354 tamaşaçı tutumuna malikdir.
Bizim.Media