Fransada çıxış edən Mussa Quel “Qarabağ”ın maraq dairəsinə düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Foot Mercato” saytı məlumat yayıb.
Bildirilir ki, Ağdam klubunun skautları statusuna görə Fransa 3-cü liqasında yarışan “Red Star”da oynayan futbolçunu yaxından izləyirlər.
22 yaşlı Kot d’ivuarlı sağ cinah yarımmüdafiəçisi bu klubda icarə əsasında çıxış edir. O, 2-ci liqa təmsilçisi “Valensyen”ə məxsusdur.
Bizim.Media