"Barselona" "Milan"ın yarımmüdafiəçisi Frank Kessyeni heyətinə qatmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Diario Sport" nəşri yayıb.
Mənbə Kataloniya klubunun Fil Dişi Sahilindən olan oyunçu ilə bazar ertəsi razılığa gəldiyini açıqlayıb.
Sözügedən futbolçunun "Milan"la olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacağından o, Kataloniya təmsilçisinə azad agent statusu ilə qoşulacaq.
25 yaşlı Kessye "Milan"a 2019-cu ildə "Atalanta"dan transfer olunub. Bu keçidə görə "qırmızı-qaralar" Berqamo klubuna 24 milyon avro ödəyib.
Bizim.Media