Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatından təəssüratlarım çox yaxşıdır.
Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi İradə Qurbanova deyib.
“Təəssüratlar yaxşıdır, yarışlar çox yüksək səviyyədə keçdi. Təşkilatçılıq baxımından belə çempionat uzun müddətdir keçirilmir. Təbii ki, bir az yorğunluq var, çünki dünya çempionatından əvvəl Dünya Yaş Qrupları Yarışları keçirilib. Biz idmançılarımıza azarkeşlik edirdik", - deyə baş məşqçi bildirib.
Azərbaycan gimnastlarının çempionatdakı nəticələrindən danışan İradə Qurbanova onların çıxışından razı qaldığını vurğulayıb.
Bizim.Media