Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, xəbər sərbəst güləşçimiz Aydın Əhmədov (125 kq) 1/4 finalda erməni rəqibi Hovhannes Maqhakyana qalib gələrək yarımfinala yüksəlib.
Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
Bizim.Media