ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uittkoff və ABŞ liderinin kürəkəni Cared Kuşnerin oktyabrın 21-də Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəkləri gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ administrasiyasının nümayəndələri uzun müddətdir həbsdə saxlanılan ABŞ vətəndaşının azadlığa buraxılmasına nail olmağa çalışırlar.
Onlar bu nəticəni Rusiya rəhbərliyi ilə aparılan danışıqların uğuru kimi təqdim etmək niyyətindədirlər.
Bizim.Media