Almaniyanın avtomobil istehsalçısı BMW şirkəti işçilərə təzminat ödəməklə ölkədə artıq işçi qüvvəsinin azaldılması prosesini vaxtından əvvəl başa çatdırıb.
Bizim.Media xəbər verir ki, şirkət bu barədə məlumat yayıb.
Qeyd edək ki, BMW daha əvvəl uzunillik təcrübəyə malik yaşlı mütəxəssislərə könüllü şəkildə işdən ayrılacaqları təqdirdə 600 min avroyadək təzminat ödəyəcəyini açıqlamışdı.
Həmin vaxt KİV-in məlumatına görə, şirkətin avtonom idarəetmə istiqamətində sensorların istehsalı ilə məşğul olan bütöv bir şöbəsi bu ödənişi almaq üçün işdən ayrılmağa hazır olduğunu bildirmişdi.
Bizim.Media