Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirdilər - FOTO

Oktyabrın 20-də “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında - “Place du Luxembourg” meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

Bildirilir ki, aksiyada etiraz bəyanatı oxunub. Bəyanatda deyilir:

“Biz Avropa İttifaqı institutlarının yerləşdiyi bu şəhərdə 30 ildən çoxdur doğmalarından xəbər ala bilməyən ailələrin, illərdir qapısı döyülməyən evlərin, övlad yolunu gözləyən anaların və valideyninin üzünü xatırlamayan uşaqların səsiyik. Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 4010 azərbaycanlı itkin düşüb. Onlar arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs olub. Hər rəqəmin arxasında bir insan həyatı, cavabsız qalan suallar dayanır. Sülh gündəliyinin irəlilədiyi bir dövrdə itkinlərin taleyinə aydınlıq gətirilməsi xüsusi əhəmiyyət daşıyır. Davamlı sülh yalnız dövlətlər arasında deyil, insanların həyatında da hiss olunmalıdır”.

Bəyanatda o da vurğulanıb ki, bu günədək işğaldan azad edilmiş Azərbaycan ərazilərində 32 kütləvi məzarlıq aşkarlanıb.

Məhkəmə-genetik ekspertizalar nəticəsində 328 itkinin kimliyi müəyyən edilib, 273 nəfərin nəşi ailələrinə təhvil verilib:

“Bu nəticələrin hər biri qeyri-müəyyənliyin aradan qaldırılması yolunda mühüm addımdır. Amma hələ də gözüyolda olan ailələr var. Onlar həqiqəti bilmək istəyir! İstəkləri Ermənistan tərəfindən mövcud məlumatların və arxivlərin açıqlanması, kütləvi məzarlıqlar və itkinlərin sonrakı taleləri barədə məlumatların təqdim edilməsidir”.

Azərbaycanlı itkin ailələri Ermənistanı daim müdafiə edən, bir dəfə də olsun azərbaycanlı itkinlərlə bağlı məsələ qaldırmayan, beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin nümunəsi kimi qəbul edilən Avropa Parlamentinə səsləniblər:

“Ötən il BMT-nin Cenevrədəki ofisinə çatdırdığımız humanitar çağırışı bu gün Brüsseldə davam ediririk. İnsan hüquqları universaldırsa, həqiqəti bilmək hüququ da universaldır! Ötən il itkin anası Elmira Dadaşova oğlunun taleyi barədə çağırışını dünyaya çatdırmaq üçün Cenevrəyə yollandı. Cenevrə aksiyasından qısa müddət sonra isə oğlu barədə məlumat əldə edə bilmədən dünyasını dəyişdi. Avropa İttifaqı institutlarından soruşuruq: Daha neçə ana övladından xəbərsiz dünyadan köçməlidir?”.

Aksiya çərçivəsində Azərbaycanın itkin düşmüş şəxslərinin fotoşəkilləri, geyimləri və məktub zərflərindən ibarət xüsusi instalyasiya nümayiş etdirilib. Zərflərdə itkinlərin dilindən yazılmış “Mən sadəcə bir rəqəm deyiləm. Mənim adım var, ailəm var”, “Mən hələ də kiminsə övladıyam. Ailəm nə vaxta qədər gözləməlidir?” kimi təsirli mesajlar yer alıb. Bu məktublar vasitəsilə 30 ildən artıqdır səsi eşidilməyən itkin azərbaycanlılar sanki özləri sükutu pozaraq dünyaya xitab ediblər.

İnstalyasiya ilə tanış olan ziyarətçilər itkin ailələrinə dəstək mesajları yazıb, xatirə lentləri bağlayıb və güllər qoyaraq həmrəylik nümayiş etdiriblər.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova Ermənistanın azərbaycanlı itkinlərin taleyi ilə əlaqədar birbaşa cavabdehlik daşıdığını vurğulayıb: “Dünyaya çağırışımız budur: Biz itkin düşmüş əzizlərimizin taleyi ilə bağlı cavablar axtarırıq. Onilliklərdir qeyri-müəyyənlik içində yaşayan ailələrlə həmrəy olun! Ermənistanı kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycanla bölüşməyə çağırın! Heç bir ailə sonsuza qədər gözləməməlidir!”.
 

Qeyd edək ki, ötən il avqustun 30-da - Beynəlxalq İtkin Düşmüşlər Günündə “Qarabağ İtkin Ailələri” İctimai Birliyi Cenevrədə BMT-nin Avropa ofisinin yerləşdiyi “Millətlər sarayı” meydanında silahlı zorakılığın bütün formalarından əziyyət çəkən insanların fəryadını təcəssüm etdirən rəmzi “Sınıq stul” abidəsi qarşısında da aksiya keçirmişdi.


İtkin ailələri ailə üzvlərindən xəbər alanadək Avropada aksiyalarının davamlı olacağını bildiriblər. “Qarabağ İtkin Ailələri” İctimai Birliyi Azərbaycanın QHT Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsində “Yoxluğun sədası” layihəsi üzrə qalibdir.

Xatırladaq ki, son günlərdə Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi də Avropanın 7 ölkəsinin şəhərlərində - İsveçrənin Cenevrə, Çexiyanın Brno, Sloveniyanın Lyublyana, Bosniya və Herseqovinanın Sarayevo, Xorvatiyanın Zaqreb, Avstriyanın Salzburq, İtaliyanın Roma şəhərlərində “Minasız dünya” beynəlxalq kampaniyası çərçivəsində fotoekspozisiyalar təşkil edib. Həmin aksiyalarda da qeyd olunub ki, Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı müharibə olub. Azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində, qəbiristanlıqlarda, hətta bir sıra itkinlərin qalıqlarının tapıldığı kütləvi məzarlıqların ətrafında da minaların basdırıldığı aşkarlanıb.








































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oslo görüşündən SÜLH MESAJI: Razılaşmalar əldə edilib

Oslo görüşündən SÜLH MESAJI: Razılaşmalar əldə edilib

"Borussiya" hesabda önə keçdi - VİDEO

"Borussiya" hesabda önə keçdi - VİDEO

Culfada AĞIR QƏZA: 4 yaşlı uşaq öldü, 8 yaralı var - FOTO

Culfada AĞIR QƏZA: 4 yaşlı uşaq öldü, 8 yaralı var - FOTO

BMW-dən QEYRİ-ADİ ADDIM: İşdən çıxana 600 min avro ödənildi

BMW-dən QEYRİ-ADİ ADDIM: İşdən çıxana 600 min avro ödənildi

Abşeronda təmir işləri: Sürücülərə XƏBƏRDARLIQ

Abşeronda təmir işləri: Sürücülərə XƏBƏRDARLIQ

"Sabah"dan "Borussiya"ya cavab qolu - VİDEO

"Sabah"dan "Borussiya"ya cavab qolu - VİDEO

Moskva Vaşinqtona şərtini AÇIQLADI: “Siyasi güzəşt olmayacaq”

Moskva Vaşinqtona şərtini AÇIQLADI: “Siyasi güzəşt olmayacaq”

Şans üç bürcə tərəf dönəcək: Dəyişikliklərə hazır olun

Şans üç bürcə tərəf dönəcək: Dəyişikliklərə hazır olun

"Sabah" - “Borussiya matçında hesab açıldı - VİDEO

"Sabah" - “Borussiya matçında hesab açıldı - VİDEO

Uittkoff və Kuşner Sankt-Peterburqda Putinlə görüşəcəklər

Uittkoff və Kuşner Sankt-Peterburqda Putinlə görüşəcəklər

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirdilər - FOTO

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirdilər - FOTO

"Sabah" - "Borussiya" oyunu BAŞLADI - CANLI

"Sabah" - "Borussiya" oyunu BAŞLADI - CANLI

Berlində qeyri-adi ETİRAZ: Fəallar özlərini asfalta yapışdırdılar

Berlində qeyri-adi ETİRAZ: Fəallar özlərini asfalta yapışdırdılar

Macarıstan Ukrayna və Moldovanın Aİ-yə üzvlük yolunu BLOKLADI

Macarıstan Ukrayna və Moldovanın Aİ-yə üzvlük yolunu BLOKLADI

"Sabah" - "Borussiya" matçının START HEYƏTLƏRİ

"Sabah" - "Borussiya" matçının START HEYƏTLƏRİ

Türkiyədən Azərbaycanla bağlı yayılan iddialara AÇIQLAMA

Türkiyədən Azərbaycanla bağlı yayılan iddialara AÇIQLAMA

Qaxda şagird məktəbdə xəsarət aldı - Sinif yoldaşı şübhəlidir

Qaxda şagird məktəbdə xəsarət aldı - Sinif yoldaşı şübhəlidir

Bu içki yaşlılarda yüksək təzyiqi azalda bilər – ARAŞDIRMA

Bu içki yaşlılarda yüksək təzyiqi azalda bilər – ARAŞDIRMA

Elvin həkim nəzarətində məşqə çıxdı - FOTO

Elvin həkim nəzarətində məşqə çıxdı - FOTO

Sabah iki rayonda QAZ OLMAYACAQ

Sabah iki rayonda QAZ OLMAYACAQ

Polşa və Litva Rusiyanı regionun təhlükəsizliyinə təhdid adlandırdı - “Təzyiq artırılmalıdır”

Polşa və Litva Rusiyanı regionun təhlükəsizliyinə təhdid adlandırdı - “Təzyiq artırılmalıdır”

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotikə görə TUTULDU

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotikə görə TUTULDU

Kiyevdə nəqliyyat iflic oldu: Metro dayandırıldı - VİDEO

Kiyevdə nəqliyyat iflic oldu: Metro dayandırıldı - VİDEO

Britaniya Səudiyyə Ərəbistanına qırıcı təyyarələr göndərəcək

Britaniya Səudiyyə Ərəbistanına qırıcı təyyarələr göndərəcək

End of content

No more pages to load

RADİO