Argentina milli futbol komandası Beninə qarşı yoldaşlıq oyunu öncəsi “Monumental” stadionuna açıq avtobusla yollanıb.
Bizim.Media xəbər verir ki, bu qərar Lionel Messinin milli komandadakı son oyunundan əvvəl Buenos-Ayres küçələrində hərəkət zamanı azarkeşlərlə vidalaşa bilməsi üçün qəbul edilib.
Beləliklə, Argentina millisinin kapitanı şəhər küçələrində azarkeşlərlə birbaşa vidalaşmaq imkanı əldə edib.
Messinin milli komandadakı vida oyunu böyük maraqla gözlənilir.


Bizim.Media