Güləş üzrə U-23 millimizin qadın üzvü Elnurə Məmmədova Avropa çempionatında etdiyi "feyr-pley" nümunəsi diqqət çəkib.
Bizim.Media xəbər verir ki, o, 1/4 finalda zədə alan slovakiyalı rəqibi Mariya Martinçuku döşəkdən kənara çiynində çıxarıb.
Qeyd edək ki, E.Məmmədova sözügedən rəqibinə 10:3 hesabı ilə qalib gəlib. Güləşçimiz yarımfinalda isə Mixaela Samoilə (Moldova) də heç bir şans tanımayıb - 11:4. Beləliklə, finala yüksələn Məmmədova bu gün Andrea Beatriçe Ana (Rumıniya) ilə həlledici qarşılaşmaya çıxacaq.
Bizim.Media
