Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Bizim.Media xəbər verrir ki, güləşçimiz 60 kq çəki dərəcəsində Ermənistan təmsilçisi Tiqran Minasyanı 9:0 hesablı tam üstünlüklə məğlub edib.
Finalda onun rəqibi Vitali Yeryomenko (Moldova) - İrakli Dzimistraişvili (Gürcüstan) görüşünün qalibi olacaq.
Bizim.Media