Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) hazırkı prezidenti Canni İnfantino növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, onun sözlərini “The Touchline” yayıb.
"Əlbəttə ki, gələn ilki seçkilərdə namizəd olacağam. Mənim platformam və ya şüarım çox sadə, lakin çox aydındır: "Futbol bütün dünyada hər kəsə məxsusdur. Biz buna çalışırıq. Mən buna çalışıram. Biz FIFA olaraq buna nail olmağa çalışırıq", - deyə o bildirib.
İnfantino ətrafında qalmaqal 2026-cı il dünya çempionatının başa çatmasından qısa müddət sonra yaranıb.
O, turnirdən sonra FIFA-nın bəzi hüquqlarının kənar investorlara satılması ilə bağlı planlardan danışıb. Bu açıqlama futbol ictimaiyyətində mənfi reaksiyaya səbəb olub və 2030-cu il dünya çempionatını boykot etmək çağırışları səsləndirilib.
Bizim.Media