Martın 6-da Yunanıstanın paytaxtı Afina şəhərində qadınların dünya kubokunda komanda yarışına yekun vurulub.
Azərbaycan Qılıncoynatma Federasiyasından Bizim.Media-ya bildiriblər ki, Anna Başta, Sevil Bünyatova və Valeriya Bolşakovadan ibarət komandamız ilk görüşündə Çini təmsil edən seçmə kollektivə 45:42 hesabı ilə qalib gələrək ən güclü 8 komanda sırasına yüksəlib.
Yarımfinal uğrunda keçirilən görüşdə İtaliya yığmasına 42:45 hesabı ilə uduzan qadın sablyaçılarımız 5-8-ci yerlər uğrunda keçirilən ilk görüşdə Koreya Respublikasını təmsil edən komandaya 31:45 hesabı ilə məğlub olub.
Qadın sablyaçılarımız son görüşdə Kanada yığmasına 45:44 hesabı ilə qalib gələrək dünya kubokunu 7-ci sırada başa vurub.
Bizim.Media