Fərid Qayıbov Bakıya gələn Bilal Ərdoğanla görüşdü – FOTO

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov martın 5-də V Beynəlxalq Etnoidman Forumu çərçivəsində bir sıra görüşlər keçirib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı nazirliyin Mətbuat Xidməti yayıb.

Mənbə yazır ki, Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğanla görüşdə qonaq Forumun yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycanda etnoidmanın inkişafı yolları müzakirə olunub, bu istiqamətdə qarşılıqlı addımların atılması barədə fikir mübadiləsi aparılıb. Görüşün sonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Dünya Etnoidman Konfederasiyası arasında ənənəvi idman növlərinin inkişafı ilə bağlı anlaşma memorandumu imzalanıb.

Türkiyə Respublikasının gənclər və idman naziri Mehmet Kasapoğlu ilə görüşdə iki qardaş ölkə arasında dostluq əlaqələri, xüsusilə gənclər və idman sahələrində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Bu il Türkiyədə təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarına hazırlıqdan söz açılıb və Azərbaycanın bu yarışda əksər idman növlərində təmsil olunacağı qeyd olunub. Görüşdə bundan sonra əməkdaşlığın daha da inkişaf etdirilməsi razılığa gəlinib. 

Nazir Fərid Qayıbovun növbəti görüşü Meksikanın Milli Bədən Tərbiyəsi və İdman Komissiyasının baş direktoru xanım Ana Qabriela Quevara Espinoza ilə olub.

Fərid Qayıbov meksikalı qonağa dəvəti qəbul edib Bakıya səfər etdiyi üçün təşəkkür edib, Azərbaycanda idmanın inkişafı, gənclərin idmana cəlb edilməsi üçün görülən işlər barədə xəbər verib.

Xanım Ana Qabriela Quevara Espinoza öz növbəsində Meksikada idmanın inkişafı barədə məlumat verib. Sonda iki ölkə arasında idman sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanları barədə fikir mübadiləsi aparılıb.

Nazir Fərid Qayıbov həmçinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rəhbəri Taha Ayhanla və təşkilatın idarə heyətinin üzvləri ilə görüşüb. Görüşdə islam dünyasında gənclər siyasətinin həyata keçirilməsi, birgə fəaliyyət göstərilməsi, islam gəncliyinin inkişafının məsələləri müzakirə edilib.

Nigerin idman naziri Adamu Seku Doro ilə görüş zamanı ikitərəfli idman əlaqələrin səmərəli ola biləcəyini vurğulayan qonaq Forumun yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.

Gənclər və idman naziri Qambiyalı həmkarı Bakari Badxe ilə də görüşüb. Ölkələrimiz arasında gənclər və idman sahələrində əməkdaşlıq perespektivləri müzakirə edilib. Bakari Badxe qonaqpərvərliyə görə minnətdarlığını bildirib. 

Fərid Qayıbov İran İslam Respublikası gənclər və idman nazirinin müavini Sina Kəlhor və İran Etnosport Federasiyasının prezidenti Məhəmmədtağı Əmir Xorasanini qəbul edib.

Görüş zamanı iki qonşu ölkə arasında gənclər sahəsində birgə tədbirlərin, eləcə də ortaq təlim-məşqlərin təşkili imkanları müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Üç bürc üçün uğurlu dövr başlayacaq

Üç bürc üçün uğurlu dövr başlayacaq

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

ABŞ İrana bağlı 14 nəfərə və bir sıra şirkətlərə sanksiya TƏTBİQ ETDİ

ABŞ İrana bağlı 14 nəfərə və bir sıra şirkətlərə sanksiya TƏTBİQ ETDİ

End of content

No more pages to load

RADİO