Xəbər verildiyi kimi, Azərbaycan millisinin sabiq hücumçusu Vaqif Cavadov Qazaxıstan Premyer Liqasında yarışan “Turan” klubunun məşqçisi təyin olunub.
Bizim.Media xəbər verir ki, bu gün sosial şəbəkələrdə Cavadovun komandasının hazırlıq prosesindən şəkli yayılıb.
Sabiq futbolçunun yanındakı şəxs isə baş məşqçi Vladimir Qazzayevdir.
Xatırladaq ki, millimizin qapıçısı Emil Balayev də artıq “Turan”la müqavilə bağlayıb.
Bizim.Media
