Bu gün Azərbaycan Premyer Liqasında ikinci turun daha bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, günün ilk oyununda “Turan Tovuz” öz meydanında “Şamaxı” ilə qarşılaşıb. Tovuz şəhər stadionunda keçirilən qarşılaşmada qapılara qol vurulmayıb – 0:0.
Qeyd edək ki, turun “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” matçları avrokubok oyunlarına görə təxirə salınıb.
Bizim.Media