BMT-də SAXAL (İsrail Müdafiə Ordusu) qüvvələrinin fələstinli ərəblərin dəfn mərasimlərinə edilən hücumları barədə müzakirə keçirilib.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, BMT-nin Humanitar Məsələlərin Əlaqəndirilməsi Ofisinin hesabatına görə, İsrail həyatını itirmiş fələstinli cəsədlərə və onların dəfnində iştirak edən insanlara atəş açmaqda ittiham olunur. Bununla belə, sənəddəki ifadələr baş verənləri qəsdən törədilən bir təcrübə kimi təqdim edib.
BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib ki, təşkilatın iddiasına görə, İsrailin zərbələri əvvəlki hücumlardan sonra insanları dağıntılar altından çıxarmağa çalışan fələstinlilərə də təsir göstərir. Eyni zamanda, BMT-nin məlumatlarında zərərçəkənlər arasında qadın və uşaqların olduğu ayrıca vurğulanır.
Daha əvvəl xəbər verildiyi kimi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı da İsrailin Qəzza zolağında HƏMAS terrorçularına qarşı apardığı əməliyyat zamanı beynəlxalq humanitar hüququ mümkün pozma hallarına diqqət çəkən hesabat dərc etmişdi.
Bizim.Media