Cəlilabadın Paşatəpə arxeoloji abidəsində aşkar edilən daş kürənin elmi analizlərinin nəticələri məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Yaponiya və Almaniya mütəxəssislərinin araşdırmasına əsasən, tapıntı keramikasız Neolit dövrünə aiddir və tipoloji xüsusiyyətlərinə görə Levant tipli artefakt hesab olunur.
Tarix elmləri doktoru Vəfa Mahmudovanın sözlərinə görə, daş kürənin Cənubi Qafqazda analoqu yoxdur. Mütəxəssislərin nəticələri Paşatəpənin Neolit dövrünün erkən mərhələlərində məskunlaşması ehtimalını da gücləndirir.
Tapıntı Cənubi Qafqazın erkən Neolit tarixinin öyrənilməsi baxımından mühüm arxeoloji nümunə kimi qiymətləndirilir.

Bizim.Media