Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirməsi nəticəsində maşın ağaca çırpılıb.
Qəza zamanı Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Yusif Sadıqov müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilub, müalicəsi davam edir.
Faktla bağlı araşdırma aparılır.





Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu