Cəlilabad rayonununda ziyarətgah ərazisində qazıntı işləri aparılıb.
Bizim.Media xəbər verir ki, kənd sakinlərinin "Report"a verdiyi məlumata görə, sümük qalıqları qazılaraq çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hazırda məsələ ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
Qeyd edək ki, ziyarətgah hər hansı dövlət tarixi-mədəniyyət abidələri siyahısında qeydiyyatda olmasa da, yerli əhali üçün xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyır.


Bizim.Media