Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk görüşündə "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Oyun 17:00-da başlayacaq.
Günün ikinci matçı olan "Neftçi" - "Səbail" qarşılaşması isə Kamal Umudlunun hakimliyi ilə saat 19:15-də baş tutacaq.
Qeyd edək ki, XVIII tura martın 6-da oynanılacaq "Keşlə" - "Sabah" və "Qarabağ" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.
Bizim.Media