Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda qarışıq döyüş növləri üzrə (MMA) yarışda erməni rəqibi Naqe Marqarosyanı 10 saniyə ərzində nakaut edən Gözəl Zutovaya mənzil hədiyyə edib.
Bu barədə Bizim.Media-ya Gözəl Zutovanın özü məlumat verib.
Onun sözlərinə görə, bu gün gənclər və idman naziri Fərid Qayıbov Yasamal rayonunda yerləşən 2 otaqlı evin açarını və lazımi sənədləri ona təqdim edib.
Aytəkin Alxaslı, Bizim.Media
